Meyitdən ürək köçürülən gənc evə buraxıldı
Həbs edilən icra başçısı apellyasiya şikayəti verməkdən imtina edib
İstənilən anda yıxıla bilərik...-Sebastyan
Bu şəhərdə qan su yerinə axır
“Suverenlik Yolunda Təhsil Missiyası” bu dəfə Tərtərdə
Bu avtomobillərin aksiz dərəcəsi artırılır
Deputatı ömürlük həbs cəzası gözləyir
Əli Xameneinin şəklini yandırdı, başından güllələndi
Bloger yerli sakinlərin etirazı ilə qarşılandı - Səbəb?
Kürəkənə 10 il iş verildi


25.03.2021  13:21 

Sarkisyan Koçaryana dəstək verməkdən imtina etdi





A+  A-

Ermənistanın keçmiş hakim Respublika Partiyası iyunda keçiriləcək erkən seçkilərə hazırlaşmağa başlasa da, seçkilərdə hansı formatda iştirak edəcəyini hələ də müəyyənləşdirməyib.
XəzərNews.az xəbər verir ki, bu barədə Ermənistanın "Hraparak" nəşri yazıb.

Qeyd olunub ki, respublikaçılar Ermənistandakı siyasi proseslərdən kənar qalmamaq üçün partiyanın sədri Serj Sarkisyana təzyiq göstərirlər.

Xüsusən də, Ermənistanın keçmiş prezidenti Robert Koçaryanın hakimiyyət mübarizəsinə girdiyini nəzərə alsaq, partiya üçün əsas məsələ formatın müəyyənləşdirilməsidir.

Nəşr qeyd edib ki, respublikaçılar Koçaryanla vahid blok yaratmaq ehtimalını istisna edir. Baxmayaraq ki, bir çox RPA nümayəndəsi keçmiş prezidentə qarşı rəğbətini gizlətmir və xüsusən də son parlament seçkilərindən sonra Sarkisyandan narazı olanlar Koçaryanın lehinə işləməyə hazırdır.

“Bununla yanaşı, partiyada seçki siyahısına kimin rəhbərlik edəcəyi məlum deyil. Belə ki, Serj Sarkisyanın siyasətdən ayrılmaq niyyətində olmadığını, ancaq eyni zamanda seçki siyahısında ilk nömrəyə iddia etmədiyini açıqlaması partiyanı çətin bir seçimlə qarşı-qarşıya qoyub: baş nazir postuna namizəd kim olmalıdır?",-deyə nəşr qeyd edib.

Nəşr ABŞ-da təhsil almağa gedən keçmiş müdafiə naziri Vigen Sarkisyanın seçkilərə qatıla bilməyəcəyini, Arpine Ohannisyanın partiya üzvlüyünü "dondurduğunu" və Koçaryanın seçki kampaniyasında yer alacağını qeyd edib. Partiyanın sədr müavini Armen Aşotyana isə partiyadaxili münasibətin mənfi olduğu bildirilir.

Bundan başqa, son iclasların birində Koçaryan növbədənkənar seçkilər zamanı məntəqələrə getməyin vacibliyini vurğulayıb, lakin Sarkisyan bunu rədd edib.

Həmçinin, Koçaryan küçə mübarizəsinin davam etməli olduğunu, Sarkisyan isə bunun təsirsiz olduğunu deyir.



Xəbər 3057 dəfə oxunub.




03.11.2025  19:39 

Bu şəhərdə qan su yerinə axır

03.11.2025  15:25 

Kürəkənə 10 il iş verildi

03.11.2025  14:44 

“Şəbnəmdən zəhləm gedir”


BÜTÜN XƏBƏRLƏR +