Meyitdən ürək köçürülən gənc evə buraxıldı
Həbs edilən icra başçısı apellyasiya şikayəti verməkdən imtina edib
İstənilən anda yıxıla bilərik...-Sebastyan
Bu şəhərdə qan su yerinə axır
“Suverenlik Yolunda Təhsil Missiyası” bu dəfə Tərtərdə
Bu avtomobillərin aksiz dərəcəsi artırılır
Deputatı ömürlük həbs cəzası gözləyir
Əli Xameneinin şəklini yandırdı, başından güllələndi
Bloger yerli sakinlərin etirazı ilə qarşılandı - Səbəb?
Kürəkənə 10 il iş verildi


03.11.2025  14:36 

Süleyman Mikayılovun başı dərddə... - Müavinindən sonra kimlər həbs olunacaq?





A+  A-

Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin bir qrup məmurla birgə həbs etdiyi Qaradağ Rayon İcra Hakimiyyəti (RİH) başçısının müavini Nadir Muradov əvvəllər Lənkəranda eyni vəzifəni tutubmuş. Qaradağ RİH-nin hazırkı başçısı Süleyman Mikayılov Lənkərana rəhbərlik etdiyi dövrdə də Nadir Muradovla birgə çalışıb. Muradov əvvəlcə Lənkəran Şəhər İcra Hakimiyyəti Aparatında Ərazi və idarəetmə şöbəsinin müdiri, daha sonra isə başçının təhsil, səhiyyə və mədəniyyət məsələləri üzrə müavini olub.

S.Mikayılov Qaradağa təyin edildikdən sonra onu da Bakıya gətirərək əvvəlcə Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri, ardınca isə icra başçısının müavini təyin edib. Nadir Muradov təxminən on ilə yaxın bu vəzifədə qalıb.

Dəyişməz idarəçilik və dayanan dinamika

Azərbaycanın yerli idarəetmə sistemində “uzunömürlü icra başçıları” anlayışı çoxdan formalaşıb. Onların ən tanınmış simalarından biri də Süleyman Mikayılovdur. Artıq 20 ildən çoxdur ki, müxtəlif rayonlarda rəhbərlik edən Mikayılovun karyerası həm sabitlik, həm də dəyişməzlik simvoluna çevrilib.

1962-ci ildə anadan olan Mikayılov 1984-cü ildə Azərbaycan Dövlət Bədən Tərbiyəsi İnstitutunu bitirib, gənclik illərində boksla məşğul olub. Sonrakı dövrdə 20 ilə yaxın gömrük orqanlarında çalışıb, daha sonra ləğv edilmiş Vergilər Nazirliyinin Operativ Nəzarət İdarəsinin rəisi olub. 2004-cü ildə Bakı Dövlət Universitetinin Hüquq fakültəsini bitirərək idarəçilik təcrübəsini hüquq təhsili ilə möhkəmləndirib.

Bu müxtəlif sahələr – idman, gömrük, hüquq – onun bioqrafiyasında birləşərək Azərbaycanda tez-tez rast gəlinən “universal kadr” modelini yaradır. Lakin belə keçidlər çox vaxt peşəkar səriştədən çox siyasi etimadla izah olunur.

2010-cu ildən bəri Qaradağ RİH-nin başçısı olan Mikayılov daha öncə Lənkəran və Yardımlıda da eyni vəzifəni tutub. Üç fərqli bölgədə eyni idarəetmə üslubunun təkrarlanması sistemin mahiyyətini göstərir: sabitlik görüntüsü altında mərkəzləşmiş idarəetmənin yerli təşəbbüsləri sıxışdırması.

Qaradağ iqtisadi və ekoloji problemləri ilə seçilən bir rayondur. Sənaye obyektləri, infrastruktur bərabərsizliyi, ətraf mühitin çirklənməsi hələ də həll olunmamış qalır. Buna baxmayaraq, Mikayılovun rəhbərliyi dövründə nə ictimai islahat təşəbbüsləri, nə də şəffaf idarəçilik nümunəsi müşahidə edilib.

İdmandan siyasətə və...

Mikayılovun boks keçmişi və Azərbaycan Boks Federasiyasının vitse-prezidenti kimi fəaliyyəti idman və siyasətin Azərbaycanda necə paralel sistemlər kimi işlədiyini göstərir. İdman federasiyalarında rəhbər postların çoxu inzibati vəzifəli şəxslərə verilir və nəticədə nə idmanda, nə də idarəetmədə kadr yenilənməsi baş verir.

Bu, “məmur sabitliyi” adlandırılan vəziyyəti yaradır – amma sabitlik çox vaxt durğunluqla nəticələnir. 10–15 il eyni rayona rəhbərlik edən şəxslər bir nöqtədən sonra yenilik gətirmək qabiliyyətini itirir, yerli problemlər isə illərlə yığılıb qalır. Qaradağdakı sosial bərabərsizlik və ekoloji gərginlik bunun bariz nümunəsidir.

Dəyişməyən simalar, formal təhsil diplomları, köhnəlmiş idarəetmə metodları və nəticədə korrupsiyaya uğrayan məmur ordusu formalaşır. Bu hadisələr bir daha göstərir ki, “başçı sabitliyi” bəzən ciddi problemlərə çevrilir.

Xəbər 866 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

03.11.2025  19:39 

Bu şəhərdə qan su yerinə axır

03.11.2025  15:25 

Kürəkənə 10 il iş verildi

03.11.2025  14:44 

“Şəbnəmdən zəhləm gedir”


BÜTÜN XƏBƏRLƏR +