Meyitdən ürək köçürülən gənc evə buraxıldı
Həbs edilən icra başçısı apellyasiya şikayəti verməkdən imtina edib
İstənilən anda yıxıla bilərik...-Sebastyan
Bu şəhərdə qan su yerinə axır
“Suverenlik Yolunda Təhsil Missiyası” bu dəfə Tərtərdə
Bu avtomobillərin aksiz dərəcəsi artırılır
Deputatı ömürlük həbs cəzası gözləyir
Əli Xameneinin şəklini yandırdı, başından güllələndi
Bloger yerli sakinlərin etirazı ilə qarşılandı - Səbəb?
Kürəkənə 10 il iş verildi


03.11.2025  16:12 

Tahir İskəndərov və Elxan Paşayevin şirkəti tender kralına çevrilir





A+  A-

Ağstafa Rayon İcra Hakimiyyəti yolların təmiri işlərinin satın alınması ilə bağlı tenderə yekun vurub.

XəzərNews.az xəbər verir ki, Qaynarinfo-nun məlumatına görə, tenderin qalibi "Elta Development” Qapalı Səhmdar Cəmiyyəti (QSC) seçilib. Yolların təmirinə görə şirkətə 311 520,17 manat ödəniləcək.

"Elta Development” QSC bir müddət əvvək 45 milyonluq tenderin qalibn seçilməsi ilə gündəmə gəlmişdi.

Mediada gedən məlumatlara görə, həmin tenderdə iştirak ərəfsində şirkətin külli miqdarda vergi borcu olub. Qanunvericilik vergi borcu olan şirkətin satınalma müsabiqələrindən iştirakını qadağan edir. Bu qadağa "Elta Development” QSC üçün keçərli olmadığından şirkət diqqət mərkəzinə gəlmişdi və şirkətin güclü himayədarlarının olduğuna şübhələr yaranmışdı.

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin reyestr məlumatrına görə, "Elta Development” QSC 27 avqust 2020-ci ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 2000 manatdır. Şirkətin hüquqi ünvanə Bakı şəhəri Nərimanov rayonu, İbrahimpaşa Dadaşov küçəsi, ev 37-də yerləşir. QSC-nin qanuni təmsilçisi Cəlilov Əsədulla Həsən oğludur.

Açıq mənbələrdə şirkət və qanuni təmsilçisi haqqında heç bir məlumata rast gəlinmir.

Apardığımız araşdırmalardan məlum olur ki, Əsədulla Cəlilovdan əvvəl şirkətə Mahmudov Elvin Asif oğlu rəhbərlik edib.

Mediada gedən məlumatlardan aydın olur ki, Elvin Mahmudov ötən il "Caspian Capital Group” şirkətinin icraçı direktoru təyin edilib. Eyni xəbərdə Elvin Mahmudovun həm də "ND Company” QSC-nin icraçı direktoru təyin olundğu qeyd edilib.

"Elta Development” QSC 2024-cü ilədək "ND Company” QSC adı ilə fəaliyyət göstərib.

Elvin Mahmudovun təyinatı ilə bağlı həmin məlumatda "ND Compnay” QSC "Caspian Capital Group”un portfelində olan şirkətlərdən biri kimi təqdim edilir.

"Caspian Capital Group” şirkəti 2024-cü ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 100 manatdır. Şirkətin qanuni təmsilçisi İskəndərov Tahir Firuz oğludur.

"Caspian Capital Group”un rəsmi intetnet səhifəsində Tahir İskəndərov şirkətin təsisçisi kimi təqdim edilir. Şirkətin digər təsisçisi isə Elxan Paşayevdir. Elxan Paşayev həm də "Azərbaycan Zərgərlər Assosiasiyası” İctimai Birliyinin İdarə Heyəti sədrinin müavinidir.

Yeri gəlmişkən, "Elta Development” QSC-nin "Caspian Capital Group”un portfelinə daxil olması bu şirkətin saytında qeyd edilib.

"Elta Development” QSC cari ildə 9 satınalma müqaviləsi imzalayıb. Göründüyü kimi şirkət artıq "tender kralı”na çevrilməkdədir.

Xəbər 708 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

03.11.2025  19:39 

Bu şəhərdə qan su yerinə axır

03.11.2025  15:25 

Kürəkənə 10 il iş verildi

03.11.2025  14:44 

“Şəbnəmdən zəhləm gedir”


BÜTÜN XƏBƏRLƏR +