Bakı limanında “mafiya filmi” ssenarisi - 3 milyonu aradan çıxardılar
Zeynəb Xanlarova ilə bağlı iddia: Ermənipərəst müğənnini Bakıya gətirir
İmtahan saxtakarlığı: Pinəçi də istintaqa çağırıldı – Detallar
Əməkdar artist vəfat etdi
Bakıda “Dino Park“ açılır: Qiymətlər dodaq uçuqlatdı
İrandan narkotik keçirtmək istədilər, saxlanıldılar
Elektron siqaretlər ləğv edilir?
FETÖ-yə qarşı əməliyyat: Saxlanılanlar var
Axtarışa verilən Abbas Abbasov bu ölkəni tərk etdi -ÖZƏL
Neftimiz ucuzlaşdı


17.12.2025  12:51 

AzTV-nin AVANT Parkı... – Yoxsa sakinlərin AVANT Parkı?





A+  A-

Dövlət televiziyası adətən ictimai maraqların müdafiəçisi kimi çıxış etməlidir. Amma son günlər “Avant Park” yaşayış kompleksində baş verənlər bu prinsiplə ziddiyyət təşkil edən bir mənzərə yaratdı. Bir neçə aydır ki, yüzlərlə sakinin ƏDV qalmaqalı və yaşayış şəraiti ilə bağlı ardıcıl etirazları fonunda AzTV-nin və digər reklama susayan TV-lərin, saytların “Avant Park”da peyda olması sualları cavablandırmaq yox, onları ört-basdır etmək təəssüratı yaratdı.

PR çəkilişi zamanı bir nəfər də olsun sakinin danışdırılmaması, real problemlərin kadrarxası qalması və MTK-nın ünvanına tərif xarakterli süjetin hazırlanması bu materialın uğursuz PR cəhdi olduğunu açıq şəkildə göstərdi.

Maraqlıdır, aylardır “Avant Qrup” MTK-nın məhz PR çəkilişi aparılan “Avant Park” layihəsindən zərər görmüş yüzlərlə sakinin hüquqlarını kim, hansı TV, sayt müdafiə edəcək.

Deməli, “Avant Qrup” MTK artan narazılıqlar fonunda nüfuzunun zədələndiyini görərək, ictimai rəyin istiqamətini dəyişmək üçün dövlət televiziyasından alət kimi istifadə etməyə çalışıb. O televiziya ki, onun büdcəsi o haqqı tapdalanmış yüzlərlə sakinin ödədiyi vergilər hesabına formalaşır.

“Avant Qrup” MTK-nın bu addımı problemin mahiyyətini gizlətmək əvəzinə, onu daha da kəskinləşdirir. Çünki “Avant Park” sakinlərini narahat edən məsələ kosmetik deyil, hüquqi və maliyyə xarakterlidir.



Söhbət Cənab Prezidentin 25 may, 2022-ci il Fərmanı ilə vətəndaşlara verilmiş ƏDV-nin 30 faizinin geri qaytarılması güzəştindən gedir. Sakinlər iddia edirlər ki, mənzilləri “Avant Qrup”dan alarkən onlara ƏDV-nin ayrıca depozit hesabına köçürülməli olduğu barədə heç bir məlumat verilməyib. Əksinə, bütün ödənişlər MTK-nın göstərişi ilə onun adi bank hesabına yönləndirilib. Nəticədə bu gün Dövlət Vergi Xidməti “ödənişlər düzgün rəsmiləşdirilməyib” arqumenti ilə vətəndaşlara çatmalı olan minlərlə manatı geri qaytarmır. Beləliklə, dövlətin yaratdığı güzəşt kağız üzərində qalır.

Burada diqqətçəkən məqam ondan ibarətdir ki, qanunvericiliyə əsasən ƏDV-nin düzgün uçotu, elektron qaimələrin tərtibi və depozit hesabına yönləndirilməsi satıcı qismində çıxış edən MTK-nın öhdəliyidir. Alıcı bu mexanizmi müəyyən etmir və ona təsir imkanına malik deyil. Buna baxmayaraq, nə “Avant Qrup” MTK, nə də Dövlət Vergi Xidməti yaranmış vəziyyətə görə məsuliyyət daşımaq istəmir: ƏDV isə qaytarılmır.

Əlbəttə, ƏDV qalmaqalı “Avant Park”da yeganə problem deyil. Sakinlərin yağışlı havalarda həyətin su altında qalması, liftlərdən su axması, ümumi işıqlandırmanın olmaması, həyətə video-nəzarət sisteminin quraşdırılmaması kimi problemləri də var. Kompleks tam hazır olmadan mənzillərin təhvil verildiyi, FHN təsdiqinin gecikdiyi, çıxarışların verilmədiyi halda sakinlərdən kommunal ödənişlərin tələb edilməsi isə vəziyyəti daha da ağırlaşdırır. Ödəniş edilmədiyi təqdirdə su və işığın kəsiləcəyi ilə bağlı hədələr isə artıq sosial narazılığı açıq etiraza çevirib.



Bu mənzərə fonunda AzTV və digər TV-lər vasitəsilə yaradılmağa çalışılan “problemsiz kompleks” obrazı reallıqla ziddiyyət təşkil edir. Kamera qarşısında görünməyən sakinlər, kadrarxasında isə cavabsız qalan suallar var. Ödənilən ƏDV haradadır, niyə geri qaytarılmır və bu məsuliyyəti kim daşıyır?

Bu gün “Avant Park” sakinlərini birləşdirən təkcə eyni binada yaşamaq deyil. Onları birləşdirən eyni haqsızlıq, eyni zərər və eyni etimad problemidir. Və bu etimad problemi nə AzTV süjeti ilə, nə də qapalı ofislərdə aparılan gizli sövdələşmələrlə aradan qalxacaq. Problem realdır, hüquqidir və həll tələb edir. Əks halda, bu məsələ təkcə bir MTK-nın deyil, bütövlükdə vətəndaşın dövlətin verdiyi güzəştə inanmaq cəhdinin necə puça çıxdığının göstərəcək.

Siz sakinlərinizin problemini həll etməyin, AzTV-ləri dəvət edib yerlə bir olmuş nüfuzunuzu düzəltməyə çalışın, sakinlər də haqlarını hüquqi yolla və ictimaiyyəti məlumatlandırmaqla davam etməkdə israrlıdırlar.

Siz TV-lərə, saytlara sakinlərin pulları ilə reklam verib hüquqlarını tapdalamaqda davam edin.

Sizə elə bu yaraşır!

M.Oruclu
XəzərNews.az



Xəbər 630 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

17.12.2025  12:49 

Əməkdar artist vəfat etdi

17.12.2025  11:33 

Elektron siqaretlər ləğv edilir?

17.12.2025  10:44 

Neftimiz ucuzlaşdı

17.12.2025  10:42 

Baş nazir qərar imzalayıb


BÜTÜN XƏBƏRLƏR +