Bakı limanında “mafiya filmi” ssenarisi - 3 milyonu aradan çıxardılar
Zeynəb Xanlarova ilə bağlı iddia: Ermənipərəst müğənnini Bakıya gətirir
İmtahan saxtakarlığı: Pinəçi də istintaqa çağırıldı – Detallar
Əməkdar artist vəfat etdi
Bakıda “Dino Park“ açılır: Qiymətlər dodaq uçuqlatdı
İrandan narkotik keçirtmək istədilər, saxlanıldılar
Elektron siqaretlər ləğv edilir?
FETÖ-yə qarşı əməliyyat: Saxlanılanlar var
Axtarışa verilən Abbas Abbasov bu ölkəni tərk etdi -ÖZƏL
Neftimiz ucuzlaşdı


17.12.2025  11:33 

Elektron siqaretlər ləğv edilir?





A+  A-

Veyplər (elektron siqaret) süd vəzi xərçəngi riskini artıra bilər.

XəzərNews.az xəbər verir ki, bu barədə rusiyalı onkoloq və mammoloq Maqomed Sulimanov məlumat verib.

Həkimin sözlərinə görə veyplər düşündüyümüz qədər zərərsiz deyil. Onlar xüsusilə gənc qadınlar üçün ciddi sağlamlıq riskləri yarada bilər.

"Veyplərdə olan qliserin və dadlandırıcı maddələr qızdırıldıqda zərərli maddələrə çevrilir. Bu maddələr arasında formaldehid, asetaldehid və akrolein var. Onlar orqanizm üçün çox təhlükəlidir və xərçəng riskini yüksəldir”.

Həkim bildirib ki, bu maddələr təkcə ağciyərlərə yox, bütün orqanizmə təsir edir. Xüsusilə süd vəziləri və yumurtalıqlar risk altındadır. Veyplər həm də qadınların hormonal və reproduktiv sağlamlığına mənfi təsir göstərə bilər.

Mütəxəssis vurğulayıb ki, elektron siqaretlər "təhlükəsiz alternativ" kimi təqdim edilsə də, araşdırmalar bunun doğru olmadığını göstərir. Veyplər hüceyrələrin DNT-sinə zərər verə və iltihab prosesləri yarada bilər.

Həkim gənc qadınlara veypdən uzaq durmağı və sağlamlıqlarına daha diqqətlə yanaşmağı tövsiyə edib. Onun sözlərinə görə, süd vəziləri üçün ildə ən azı 2 dəfə USM müayinəsindən keçmək vacibdir.

Qeyd edək ki, Azərbaycanda elektron siqaretlərin və onların tərkib hissələrinin idxalı, ixracı, istehsalı, saxlanılması, həm topdan, həm də pərakəndə satışı, eləcə də istifadəsi qadağan edilə bilər. Bununla bağlı "Tütün və tütün məmulatı haqqında" qanuna yeni maddənin əlavə olunması təklif olunur və dəyişikliklər Milli Məclisin Aqrar siyasət, İqtisadi siyasət, sənaye və sahibkarlıq, həmçinin Əmək və sosial siyasət komitələrinin birgə iclasında müzakirə edilib.

Xəbər 544 dəfə oxunub.




17.12.2025  12:49 

Əməkdar artist vəfat etdi

17.12.2025  11:33 

Elektron siqaretlər ləğv edilir?

17.12.2025  10:44 

Neftimiz ucuzlaşdı

17.12.2025  10:42 

Baş nazir qərar imzalayıb


BÜTÜN XƏBƏRLƏR +