“Sülh” yoxsa “barışıq”?
Azərbaycan 6 ölkə ilə vizanı ləğv edir
Şimal-qərb küləyi əsəcək - HAVA
İcra başçısı köməkçisini də Bakıya gətirdi
Samirə Əfəndi təhqirlərə cavab verdi
ABŞ Ukraynaya silah satışını dayandırır
H5N5 quş qripi virusuna yoluxan xəstə öldü
Milli Məclisin növbəti plenar iclası başlayıb
Bakıda ana yeni doğulan uşağını dənizə atıb
Moskvada tələbə iki nəfəri yaraladı – Əslən azərbaycanlıdır – FOTO


24.11.2025  13:40 

“LeoBank”ın kampaniyasının məqsədi nədir?





A+  A-

“UniBank” əvvəllər ünvanlı sosial yardım alan, adına passiv VÖEN olan vətəndaşları çağıraraq 20 manat müqabilində VÖEN-lərini aktivləşdirməyi təklif edir.

XəzərNews.az xəbər verir ki, bu barədə AFN.az-a Tovuz rayon sakinləri bildiriblər.

Qeyd edilir ki, sakinlər “UniBank”ın rayon filialına dəvət ediliblər: “Mənə 20 manat nağd qaydada ödəniş edildi, dedilər ki, get VÖEN-ini aktiv et, 4-5 gündən sonra bağlayarsan yenidən. Bilmədim nə üçün edirlər”.

Mövzu ilə bağlı “UniBank”ın mətbuat xidmətindən AFN.az-a bildirildi ki, bu, “LeoBank”a aid kampaniyadır: “UniBank”ın filiallarında “LeoBank” əməkdaşı da oturur. Kart satışını artırmaq üçün kampaniyadır. Dostunu gətir, kart götürsün, özün də, dostun da hərəyə 20 manat qazan. Bu kampaniyada iştirak üçün VÖEN aktiv olmalıdır”. “UniBank”ın Mətbuat xidmətindən o da bildirildi ki, ətraflı məlumat üçün “LeoBank”ın qaynar xəttinə zəng etmək lazımdır.

Bu kampaniyanın məqsədi nə ola bilər? Sualla bərabər ilk ağıla gələn variant aktiv sahibkar sayını süni artırmaq gəlir. Məsələni müzakirə etdiyimiz ekspertlər də eyni ehtimal üzərində dayanırlar. Bildirilir ki, kart almaq üçün aktiv VÖEN olması şərt deyil. Üstəlik, “LeoBank” passiv VÖEN-i olan vətəndaşların siyahısını bilməli, onların əlaqə vasitələrinə sahib olmalıdır ki, zəng də etsin: “Bu halda ya Dövlət Vergi Xidməti bu siyahını verib, ya da “UniBank” özündəki hesablar üzrə siyahını “LeoBank”a təqdim edib”.

Dövlət Vergi Xidmətindən AFN.az-a bildirildi ki, onların belə bir prosesdən xəbərləri yoxdur və məsələ dərhal araşdırmaya götürüləcək.

Mövzunu diqqətdə saxlayacağıq.

Xəbər 351 dəfə oxunub.




25.11.2025  10:35 

Bakıda yaşayış evində yanğın

24.11.2025  15:35 

Rus ordusu Zatişye işğal edib


BÜTÜN XƏBƏRLƏR +