Adil Əliyev 5 nəfəri işdən çıxartdı
“92 bal toplamışam, vakant yer tapa bilmirəm
Putin və Tramp gələn həftə görüşə bilər... - Romada
Daha bir məşhur həkimin tibb təhsili yoxdur - İDDİA
Mərkəzdən Hövsana uzanan ölüm çökəkləri
“Sərxoş olub bizə işgəncə verirdilər” – Azərbaycanlı
Azərbaycanda bu banklar birləşə bilər
Cahangir Əsgərovun qızının Londondakı şirkəti bağlandı
Əlini sükandan çəkən sürücülər cərimələnəcək
Novxanı işıqsız qalacaq


08.08.2025  12:49 

Zəngəzur dəhlizi “Tramp Yolu” oldu: Azərbaycan üçün nə dəyişir?!





A+  A-

ABŞ-ın nüfuzlu “Axios” nəşri Ağ Evdəki mənbələrə istinadla Ermənistanın Zəngəzur dəhlizinin açılmasına razılıq verdiyini yazıb. Məlumata görə, 43,5 kilometr uzunluğundakı Zəngəzur dəhlizi ABŞ-ın siyasi və iqtisadi nəzarəti altında beynəlxalq tranzit marşrutu kimi fəaliyyət göstərəcək. Bu dəhlizə “Donald Tramp – Beynəlxalq Sülh və Rifah Yolu” adı veriləcək.

“Amerikalılar bu yeni ticarət yolu vasitəsilə hər il milyardlarla dollar gəlir əldə edəcəklər. Rusiya, İran və Çin isə bu bölgədə strateji təsir güclərini itirir”, – deyə Axios yazır.

Qeyd edək ki, bu məlumat Vaşinqtonda keçirilən və Tramp, İlham Əliyev və Nikol Paşinyanın iştirak etdiyi üçtərəfli görüşün fonunda yayılıb. Müşahidəçilər hesab edirlər ki, ABŞ-ın birbaşa Zəngəzur dəhlizinə nəzarət etməsi Azərbaycanın təklif etdiyi regional nəqliyyat layihələrinin qlobal miqyasda tanındığını və siyasi dəstəyə qovuşduğunu göstərir.

Bu razılaşma ilə:

- Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında quru bağlantı bərpa olunur
- Türkiyə ilə Türk dünyasını birləşdirən strateji arteriya açılır
- ABŞ regionda yeni iqtisadi və siyasi aktora çevrilir
- Rusiya, İran və Çinin Cənubi Qafqazdakı təsir zonası daralır.

Xatırladaq ki, Prezident İlham Əliyev Zəngəzur dəhlizinin Azərbaycanın əsas geosiyasi məqsədlərindən biri olduğunu dəfələrlə vurğulamışdı. İndi bu dəhliz ABŞ-ın “beynəlxalq zəmanəti” ilə gerçəkləşir.

“Tramp Yolu” ifadəsi isə sırf diplomatik və beynəlxalq simvolikadır. Mahiyyət etibarilə bu yol Zəngəzur dəhlizi olaraq qalır və Azərbaycan üçün tarixi, siyasi və iqtisadi əhəmiyyətini tam şəkildə qoruyur./Musavat.com

Xəbər 41 dəfə oxunub.




08.08.2025  16:45 

Bakı-Qazax yolunda təmir gedir

08.08.2025  15:39 

Qardaş bacısını baltaladı

08.08.2025  14:15 

Vardan Arutyunyan saxlanılıb

08.08.2025  12:52 

Novxanı işıqsız qalacaq


BÜTÜN XƏBƏRLƏR +