08.08.2025 11:43
İranın müsəlman dünyasına riyakarlığı Azərbaycanı narahat edir - TƏHLİL
İranın ali rəhbərinin Təbrizdə yerləşən Aşura batalyonundakı nümayəndəsi 2-3 ayda mətbuatda görünür. Son günlər isə mətbuata çıxışı aktivləşib. Əgər əvvəllər SEPAH-ın Teleqram kanalları onun fikrini yayırdısa, indi artıq Təsnim, Tabnak kimi agentliklər də onun fikirlərini yaymaqla məşğuldurlar. İranın ictimai-siyasi mühitində ekspertləri və dindarları arasında intellekt problemi, IQ problemi var. Zəngəzur koridoru ilə bağlı İranın ali rəhbərinin müşaviri, deputatlar, köhnə və yeni işə qoşduqları ekspertlərin fikrini öyrənin və müqayisəli təhlil aparın. Buna əmin olacaqsınız.
İran Ermənistanla Azərbaycanın arasında münaqişənin davam etməsi üçün ortaya variantlar qoymaq istəyir. Zəngəzur koridorundan da başqa bir variant tapa bilmir.
Azərbaycanın vətəndaşları və yükləri Ermənistanın ərazisi ilə keçərkən erməni sərhədçilərinin Azərbaycan vətəndaşlarını yoxlamasında İran çox maraqlıdır. Hər gün olmasa da 2-3 gündən bir mübahisəyə zəmin yaranacaq. Belə mübahisələr nəhayət münaqişəyə çevriləcək. Münaqişə güc tətbiqinə, silahın işlənməsinə səbəb olacaq, münaqişə yaradacaq. İran məhz bundan ötrü çalışır. “5 min illik sivilizasiya” buna möhtacdır.
Qarabağda Azərbaycanın aeroport tikməsinin konkret İsraillə əlaqəyə heç bir aidiyyəti yoxdur. O aeroportda Türkiyə prezidenti dəfələrlə, Rusiya rəsmiləri bir neçə dəfə olublar. İki dəfə Pakistan prezidentinin o aeroporta təyyarəsinin şassisi dəyib. Hətta İran prezidentinin təyyarəsi Füzuli aeroportuna eniş edib. Bütün bu adamlar bilirlər ki, dünyada təyyarələrin hərəkətini izləmək üçün xüsusi sistem bar. Pakistan İsrailin ayağı dəyən yerə ayağını qoymur. İran prezidentinin təyyarə komandası bilir ki, qlobal miqyasda təyyarə marşrutlarının izləyən sistem hansı təyyarə nə vaxt bə hara getdiyini qeydə alır. Hətta hava məkanındadırsa onu görə bilir.
Aşıqlı kəndindən orta səviyyədə internet bilənləri Aşura batalyonunun mollasının yanına aparsınlar və o həmin internet saytı – sistemi onun telefonunda qursun. Lap Ben-Qurion aeroportundan uçan təyyarələr baxsın, hindistana uçanları da, enənləri də görsün. Nə vaxt istəsə Füzuli aeroportunu, yəni Xudafərin körpüsündən 17 km aralıda olan aeroportu izləsin, gündə oradan neçə təyyarə uçur, təyyarələr kimindir, hara gedir, haradan qayıdır. Əlbəttə, içindəki yükü bilməyəcək, amma biləcək ki, bu yük və ya sərnişin təyyarəsidir.
Əbdülrəhim Sərayi İranda savadsızlara daha çox yer verildiyini bildiyi üçün savadsızlığını ortaya qoyub. Görünür irəli çəkilmək istəyir.
İran rəsmiləri, Əbdülrəhim Sərayi 44 günlük müharibənin gedişinə bir də baxsınlar. Azərbaycan ordusunun 44 günlük müharibədə ən çox yubandığı yer İran-Azərbaycan sərhədində olan Cəbrayıl-Füzuli istiqaməti idi. O torpaqlar İranla sərhəddə idi. Ermənilər orada müdafiələrini quranda İranın köməyini nəzərə almışdılar. Bu kömək də Azərbaycan ordusunu ən azı 10 gün yubatdı.
Ermənistana gedən İran və digər ölkələrin yük maşınları barədə hətta İran mətbuatı reaksiya verib. Azərbaycanın tələbi ilə bir müddət onlar dayandı.
Qarabağa göndərilən İranın yük maşınları barədə Azərbaycanda hazırda çoxlu sayda videolar var. Maşınların hətta nömrələrini dəyişdilər, üstündə fars dilində olan yazıları dəyişə bilməmişdilər. İranlıların Qarabağa konkret döyüşmək üçün gətirildikləri barədə məlumat yayıldı. Rəsmi Bakı konkret rəqəm dedi. İran bir dəfə etiraf etdi ki, onlar idmançılardır, Qarabağa yarışa gediblər. Qarabağ 30 il işğal altında olsa da beynəlxalq hüquqda Azərbaycan ərazisi idi. Ora getmək üçün Bakıdan icazə alınmalı idi.
Birinci növbədə bərpadan da əvvəl aeroportların tikilməsinin səbəbi İranın hərəkətləridir.
İran qəfil Ermənistana hədsiz çox kömək edə bilər. Qarabağa çoxlu silah-sursat göndərə bilər və qəfil müharibə başlaya bilər. Azərbaycan məhz Bakı və ətrafında olan bütün vacibi silahlarını qısa müddət ərzində ora çatdırmaq üçün o aeroportlar lazımdır. Bunu İranın Aşıqlıda olan mollası və bütün ekspertləri bilir. Ona görə aeroport mövzusu İran üçün böyük təhlükə kimi görünür. Bu göstərir ki, o aeroportları tikməklə Azərbaycan düzgün yolda olub. Bizim də narahat olduğumuz mövzular var. Niyə görə İran Azərbaycanla Türkiyənin dəmir yolu ilə qısa məsafədə birləşməsinin əleyhinədir.
“Araz koridoru” buna imkan verir, İran icazə vermir.
Bütün bu məsələləri yaxında ola bilər Türkiyədəki İranın sərəncamında olan qüvvələrə çatdıra bilərik, hətta onlardan bu mövzuda kömək də istəyə bilərik. Çünki yeni platformalar yaradılır. İran Türkiyəni İsrailə, ABŞ-a qarşı birgə müharibəyə çağırır, özü Azərbaycanla Türkiyə arasında kommunikasiyaya imkan vermir. Türkiyədə oturan “Gündəm Fələstin”, “Yaxından Türkiyə”, “Böyük Savaş” verilişinin media platformasına toplananlar, Anadolu Gənclər Dərnəyinin əleyhinə toplaşanlar, içərisində Əhli-Beyt sözü olan 2-3 təşkilatlar bunun səbəbini izah etsin.
Əlbəttə, İranın Kəşmir mövzusunda da mövqeyini ortaya qoya bilərik. İran Qarabağ mövzusunda hansı ikibaşlı mövqedə olubsa, indi də Kəşmir mövzusunda ikibaşlı mövqedədir. Pakistan İrana İsrail mövzusunda tam dəstək verdi. İranın ən yaxın müttəfiqi Hindistandır, çünki Pakistanın düşmənidir. Kəşmir mövzusunu İran hər gün təkrarlasın ki, İranın daxilində olan hindlilər İsrailə casusluqdan əl çəkə bilərlər. İrandakı cəmiyyət aktiv olar. Hindistanın İran üçün digər faydası Ermənistana yardım etməsidir.
İran belə müsəlman dövlətidir. İran, Azərbaycan və Türkiyə müsəlmanları yaxında bu mövzu ilə məşğul olar və regionda tək Azərbaycana deyil, regiona böyük təhlükə olan İran neytrallaşar.
Mübariz Əhmədoğlu
Siyasi İnnovasiyalar və Texnologiyalar Mərkəzinin rəhbəri,
politoloq
Xəbər 354 dəfə oxunub.
Bölməyə aid digər xəbərlər
|