27.11.2025 16:00
Məhkəmə səkkiz nəfərə ömürlük həbs verdi
Noyabrın 27-də Rostov-na-Donu (Rusiya) Cənub Dairə Hərbi Məhkəməsi 2022-ci ilin oktyabrında Krım körpüsündə yük maşınının partladılmasında günahlandırılan səkkiz nəfərə ömürlük həbs cəzası verib.
XəzərNews.az Rusiyanın Mediazona nəşrinə istinadla xəbər verir ki, sosial şəbəkələrdə Rusiya məhkəmə zalından müttəhimlərin günahsız olduqlarını qışqırdığı video yayılıb.
"Jurnalistlərə hər şeyi deməyə hazırıq. Günahsız olduğumuzu sübut etdik. İstintaqla əməkdaşlıq etdik, özümüz hüquq-mühafizə orqanlarına gəldik və bütün lazımi ifadələri verdik. Bizim əleyhimizə ifadə verəcək bir nəfər də yoxdur. Bütün şahidlər deyir ki, bizim günahımız yoxdur. Bütün dəlillər bizim günahsızlığımızı təsdiqləyir", -deyə ömürlük həbs cəzasına məhkum edilən şəxslər bildirib.
Bütün təqsirləndirilən şəxslər terror aktında və partlayıcı maddələrin daşınmasında, iki nəfər isə (Roman Solomko və Artur Terçanyan) partlayıcı maddələrin qaçaqmalçılığında ittiham olunublar.
Məhkəmənin qərarına əsasən, Xersondan olan fermer Roman Solomko ilk 7 ilini həbsdə, qalan müddətini isə xüsusi rejimli koloniyada keçirəcək. Bundan əlavə, o, 700 min rubl cərimələnib.
Vladimir Zlob, Artur Terçanyan və Artem Azatyan ilk 6 ilini həbsdə keçirəcək, qalan müddəti isə xüsusi rejimli koloniyada keçirəcək. Onların hər biri 700 min rubl cərimə olunub.
Oleq Antipov və Qriqori Azatyan 5 il müddətinə azadlıqdan məhrum edilib, qalan müddət koloniyada saxlanılıb və onların hər biri 600 min rubl məbləğində cərimə edilib.
Xəbər 492 dəfə oxunub.
Bölməyə aid digər xəbərlər
|