Altı rayona prokurorlar təyin edilib
PA-nın bu işçiləri də diplomatik pasport əldə edəcək
Rusiyaya yeni giriş qaydaları qüvvəyə minir
Rusiya İranın bu hərəkətindən narahatdır
Qaçaqmal yolu ilə qızıl keçirən sabiq gömrükçülər azadlıqda...
“Kino var?.. - Olmayan şey haqqında nə danışım?
Əməliyyatdan sonra qızın qulağı çürüdü - Bakıda
Yük avtomobilləri kütləvi şəkildə cərimələnir - Video
Bayram günlərində hava necə olacaq?
Si Cinpin BRİKS sammitində iştirak etməyəcək


25.06.2025  10:05 

VAHİD AZƏRBAYCANI UNUDUN!





A+  A-

Siyasi İnnovasiyalar və Texnologiyalar Mərkəzinin rəhbəri, politoloq Mübariz Əhmədoğlunun müəllifi olduğu “Cənub saatı” analitik verilişi Pozan TV-nin youtub kanalında davam edir.

Verilişdə səsləndirilən fikirləri qısa tezisini təqdim edirik:

- ABŞ canişini olmaq üçün İran Rusiyanı itirdi, ərəblərlə düşmənçilik yolunu seçdi.

İranın xarici işlər naziri Abbas Əraqçı qəfil prezident V.Putinlə görüşmək planını ortalığa qoydu və dərhal reallaşdırdı. Moskvada olarkən həmkarı S.Lavrovla görüşə bilmədi. Bu iki ölkə arasında cari mövzularla bağlı ciddi problemlərin olduğunu göstərir. Çünki RF xarici işlər nazirinin müavini A.Rudenko “Tehran-2025” dialoq forumunda iştirakı zamanı iranlı həmkarları ilə bütün istiqamətlər üzrə müzakirələr aparmışdı. A.Rudenkonun ardınca artıq İran ali rəhbərin dediyi ilə “Zəngəzur koridoru” ilə bağlı ehtiyac olmadan yeni mövqe ortalığa qoydu. Mövqe əsasən nüvə İranının Türkiyə və Azərbaycana hədə mesajı idisə, həm də Moskvaya da “Rusiyasız Cənubi Qafqaz”ı qurmaq mesajı idi. A.Əraqçının səfərində bu istiqamətdə dəyişikliyin olacağını gözləyən V.Putin A.Əraqçı ilə görüşdən əvvəl İraq Baş naziri ilə danışdı. Ehtimal ki, İran və Rusiya İraq-Suriya- Livan marşrutunu bərpa etmək istəyirdi. Görüş bitdikdən bir neçə saat sonra RF prezidentinin mətbuat katibi D.Peskov sadəcə fikir mübadiləsinin aparıldığı, heç bir strateji planlaşdırmanın müzakirə və qəbul olunmadığını bildirdi.

A.Əraqçı ölkəsinə qayıdan kimi artıq Qətərin ərazisinə ABŞ-ın bazasını vurmaq adı ilə bomba atdılar. Dərhal Səudiyyə Ərəbistanı və BƏƏ, Küveyt reaksiya verdilər. Səudiyyə Ərəbistanının reaksiyası müharibəyə hazırlıq çağırışı kimi qəbul edilə bilər.

İranın yalançı vəd verib, vəddən imtina etmək xarakteri hamıya bəllidir. Qətər həm də vasitəçi ölkə idi. Raket hücumu İranın vasitəçilərlə də necə davrandığını göstərir. Azərbaycanın da Fələstin və Hizbullah mövzusunda 1-2 bənd üzrə vasitəçilik adı keçmişdi. Həmin ərəfədə İran Azərbaycana qarşı sərt olan münasibətini daha da sərtləşdirmişdi. İstər-istəməz söhbət daha iri məsələdən, yəni “ərəbin qonağını öldürməkdən” gedir. Ərəb dövlətləri yaxın günlərdə bu mövzuya aydınlıq gətirəcəklər.

Əgər İsraillə atəşkəs əldə olunubsa da müddəti uzun çəkməyə bilər. Ərəblər ABŞ-dan İranın ciddi üzr istəməsini və təzminat ödəməsini tələb edə bilər. ABŞ üçün indi ərəblərin tələbini ödəmək daha vacibdir. Çünki bir neçə trilyonluq investisiya müqaviləsi ortalıqdadır, investisiyalar reallaşmalıdır. D.Tramp ABŞ üçün böyük mənbə yaratmaq istəyir ki, ərəblər bəlkə də 10-20 il müddətinə ABŞ üçün trilyonluq investisiyalar göndərsinlər.

Beləliklə, əvvəlki proksili İranı bərpa etmək kursunu İran öz əli ilə məhv etdi. Əgər Putinə Ali rəhbərin adından məktub aparılsaydı və İranın Ermənistanın Sünik mahalının (Zəngəzur) Qafan şəhərində konsulluğuna “raket atıb”, Moskvaya getsəydi, o çox böyük uğur qazanmış olardı.

ABŞ-ın Türkiyə istiqamətində canişinə ehtiyacı yoxdur. Ərəblərlə müəyyən oyunlar aparıla bilərdi. İndiki halda ərəblər İranı yalnız düşmən kimi qəbul edəcəklər. Ona görə ABŞ İran üçün canişin rolundan fərqli başqa variant tapmalıdır. İsrailə “buyruq qulu” klassifikasiyasında nəsə bir şey qoşacaqlar.

İranın yenidən Rusiyaya tərəf dönməsi isə qeyri-mümkündür. A.Rudenkonun dedikləri reallaşmasa, İran daxilində Rusiyanın hərbi qüvvələrini qarşılamağa hazır olmalıdır. ABŞ İranın üstündə Rusiya ilə də mübahisə etməyəcək, ABŞ İrandan Rusiyanın əleyhinə istifadə edə bilməyəcək. Çünki bu ABŞ-da o qədər də inam yaradan variant deyil.





Xəbər 437 dəfə oxunub.





Bölməyə aid digər xəbərlər

25.06.2025  10:05 

VAHİD AZƏRBAYCANI UNUDUN!

24.06.2025  18:40 

Anadolu incisi - Bitlis


BÜTÜN XƏBƏRLƏR +