Altı rayona prokurorlar təyin edilib
PA-nın bu işçiləri də diplomatik pasport əldə edəcək
Rusiyaya yeni giriş qaydaları qüvvəyə minir
Rusiya İranın bu hərəkətindən narahatdır
Qaçaqmal yolu ilə qızıl keçirən sabiq gömrükçülər azadlıqda...
“Kino var?.. - Olmayan şey haqqında nə danışım?
Əməliyyatdan sonra qızın qulağı çürüdü - Bakıda
Yük avtomobilləri kütləvi şəkildə cərimələnir - Video
Bayram günlərində hava necə olacaq?
Si Cinpin BRİKS sammitində iştirak etməyəcək


23.06.2025  11:12 

Rusiyanın İrana qoşun yeritmək zərurəti yarana bilər - Politoloq





A+  A-

“İranın son 5 ildə Rusiyaya münasibəti yalnız düşmənçilik olub. Ali rəhbər dəfələrlə İrana osmanlıların və rus qoşunlarının hücumlarından danışıb. Başqa dövlətlər barədə belə fikirlər işlətməyib. İsrailin İrana hücumu başlamazdan bir neçə gün öncə Ali rəhbərin müşaviri Ə.Vilayətinin Zəngəzur koridoru ilə bağlı dedikləri tək Azərbaycan və Türkiyəyə hədələyici mesaj deyildi, həm də İranın “Rusiyasız Cənubi Qafqaz” uğrunda mübarizə apardığının mesajı idi”.

Bu barədə açıqlamanı XəzərNews.az-a politoloq Mübariz Əhmədoğlu verib.

M.Əhmədoğlu bildirib ki, İran Qəzza müharibəsini başladıqdan sonra RF prezidenti iki dəfə İran prezidenti İ.Rəisiyə İranın İsrailə hücum etməsini təklif etdi:

“İ.Rəisi qəbul etdi, İran 1-2 gün hazırlığa başladıqlarını nümayiş etdirdi, sonradan dayandı. Görünür prosesi Ali rəhbər dayandırıb. Rusiyanın sözü ilə İran İsrailə hücum etmədi, əksinə İsrailə Hizbullahın atdığı raketlərin “Katyuşa” olduğunu anti-Rusiya piar aksiyaya çevirdi”.

Politoloq qeyd edib ki, İran Şimal-Cənub marşrutunun əsas hissəsi olan Rəşt-Astara dəmir yolunun tikintisinə, qazının da nəqlinə maneə törədir, imkan verməyəcək:

“Prezident İlham Əliyev Azərbaycan, Rusiya, İran sammiti ideyasını ortalığa qoydu. Bakı və Tehranda sammitlər keçirildi, Rusiyada keçirilmədi. Çünki o dövrdə Rusiya qazının İran ərazisinə daxil olmasına Tehran imkan vermədi. Bundan da sonra İranın Rusiyaya qarşı münasibəti onu ABŞ qarşısında sövdə predmetinə çevirmək olub. İran Rusiya ilə AES layihələrini dayandırdı. Çünki ABŞ modelli AES tikmək istəyirdi. Son illərdə İranda elektrik qıtlığıdır. Rusiya AES-i bu elektrik qıtlığını aradan qaldıra bilərdi, İran onunla razılaşmadı. C.Baydenin dövründə ABŞ Rusiyadan İranın nüvə texnologiyası ilə məşğul olmaq xahişi etdi. İran uranı yüksək faizlərlə zənginləşdirməsin. İran Rusiyanın təklifinə yox dedi, iki ay keçmiş özü ABŞ-ın həmin təklifini qəbul etdi”.

M.Əhmədoğlu qeyd edib ki, bu neçə gündə aşkar anti-Rusiya təbliğat da güclənib, tək xəbərlərdə yox, həm də Rusiya-İran müharibələrinə dair bəzi tarixi əsərləri oxuyurlar:

“İran indi RF-ə möhtacdır. Buşerlə bağlı şok məlumatlar yayıla bilər. RF-in İran ərazisinə qoşun yeritmək zərurəti yarana bilər. İran A.Əraqçı və V.Putin görüşünün nəticələrinə ümid bəsləyir, İranın siyasiləri İsrailin casus bazalarını MDB məkanında axtarırlar. “Rusiyasız Cənubi Qafqaz” qurmaqla məşğuldurlar”.



Xəbər 794 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

25.06.2025  10:05 

VAHİD AZƏRBAYCANI UNUDUN!

24.06.2025  18:40 

Anadolu incisi - Bitlis


BÜTÜN XƏBƏRLƏR +