İlham Əliyevə “Qarabağın fatehi” dedilər
Kahramanmaraşda “Azərbaycan Məhəlləsi”nin açılışı oldu
Separatçılara Yerevandan bağlamalar gəlir
Ata gizli telefon işlədən qızını öldürdü
Qərb İsrail-İran münaqişəsində dağıdıcı rol oynayır - Zaxarova
Ali Məclisə seçkiləri Prezident təyin edəcək
Bloger sevgilisinin 100 min dollarını ələ keçirdi
Həkim gənc qızın gözünü kor etdi
Sürücüyə 12 gündə 1 800 manat cərimə yazılıb
İran İsraildə xəstəxananı vurdu


19.06.2025  11:52 

Həkim gənc qızın gözünü kor etdi





A+  A-

Göz həkimi Cahid Şahbazovun əməliyyatından sonra gözünün birini itirmək təhlükəsi ilə üz-üzə qalan, sol gözü iflic olan xanım ölkə başçısı İlham Əliyevə və vitse prezident Mehriban xanım Əliyevaya müraciət edib.

Video müraciət yayan şikayətçi ölkə başçısından kömək istəyib.

O müraciətində deyir:

“Sizdən çox xahiş edirəm ki, mənə kömək edəsiniz. Mənim artıq bir ildən çoxdur ki, “Kaspian Hospital”da işləyən göz həkimi Cahid Şahbazov tərəfindən aparılan yanlış göz müayinəsi, təyin olunan yanlış göz xəstəliyi diaqnozu və icra olunan savadsız əməliyyatın nəticəsində sol gözüm yararsız hala düşüb. Sol gözümdə görmə qabiliyyətinin itirilməsi, əzələ və sinirlərimin iflic olması səbəbindən bir ildən artıqdır ki, şiddətli ağrılardan əziyyət çəkirəm. Hüquq və mühafizə orqanlarının təyin etdiyi tibbi ekspertiza nəticəsində müəyyən olunmuşdur ki, əməliyyatdan öncə gözümdə Cahid Şahbazovun təyin etdiyi xəstəlik diaqnozu ilə bağlı heç bir problem olmayıb, gözüm tamamilə sağlam olub. Tibbi ekspertiza 3 dəfə bununla bağlı günah verib. Ancaq Səbail rayon Prokurorluğunda həkimə 3 dəfə günah verilməsi, həmçinin bir çox sübutların, faktların olmasına baxmayaraq, işim məhkəməyə təhvil verilmir.

Sizdən çox xahiş edirəm ki, işimin yekunlaşdırılması, tez bir zamanda məhkəməyə verilməsi üçün mənə kömək edəsiniz.

Mənim kimi yüzlərlə belə zərərçəkən adam var. Cahiz Şahbazov isə həmin xəstələrə ancaq bir cavab verir ki, siz mən heç nə edə bilməzsiniz, çünki güclü vəkillərim var.

Mənə bu məsələdə yardımçı olmağınızı xahiş edirəm”.

Qarşı tərəfi dinləməyə hazırıq./Tribunainfo.az

Xəbər 73 dəfə oxunub.




18.06.2025  15:06 

“Bazarstore” cərimələndi


BÜTÜN XƏBƏRLƏR +