Separatçılara Yerevandan bağlamalar gəlir
Ata gizli telefon işlədən qızını öldürdü
Qərb İsrail-İran münaqişəsində dağıdıcı rol oynayır - Zaxarova
Ali Məclisə seçkiləri Prezident təyin edəcək
Bloger sevgilisinin 100 min dollarını ələ keçirdi
Həkim gənc qızın gözünü kor etdi
Sürücüyə 12 gündə 1 800 manat cərimə yazılıb
İran İsraildə xəstəxananı vurdu
Prezident BP-nin baş icraçı direktorunu qəbul edib
Karapetyan bu sərvəti necə qazanıb?


16.06.2025  15:33 

“Mərcan“ klinikasından şikayət: Pasient Nigar Məmmədovanın səhvindən ölüb?





A+  A-

Rusiya vətəndaşı olan Arzu Sadıqova "Mərcan" klinikasında ümumi cərrah eyni zamanda "MedAura" klinikasının baş həkimi Nigar Məmmədova tərəfindən icra olunan abdominoplastika və liposaksiya əməliyyatından sonra ölüb.

XəzərNews.az xəbər verir ki, bu barədə vəfat edən pasientin yaxınları anews.az-a şikayətində bildirib.

"Arzu Sadıqova Rusiya vətəndaşıdır. Bakıda olarkən bir neçə gün öncə- iyunun 12-də "Mərcan" klinikasında abdominoplastika əməliyyatı keçirib. Bir gün sonra halı pisləşib yenidən əməliyyata salıblar. Qanaxmaya düşən bacım elə orada ölüb. Bacımın heç bir xəstəliyi olmayıb. Sadəcə həkim səhlənkarlığı ucbatından ölüb", deyə pasientin bacısı bildirib.

Nigar Məmmədova həm "Mərcan" klinikasında fəaliyyət göstərir, həm də "MedAura" klinikasının baş həkimidir.

Məsələ ilə bağlı həkim Nigar Məmmədovanın rəsmi səhifəsində yerləşdirdiyi əlaqə nömrəsinə zəng edilsə də, həmin nömrənin təyin olunmadığı deyilib.

"Mərcan" klinikasından bildirilib ki, məsələ ilə bağlı klinikanın mövqeyi olduğu təqdirdə əlavə məlumat veriləcək. Klinikadan qeyd olunub ki, ekspertiziya rəyi açıqlandıqdan sonra açıqlama veriləcək.

Baş verən ölüm faktı ilə bağlı Baş Prokurorluğa sorgu göndərilib.

Xüsusi Təftiş Komissiyasının müvafiq qərarları ilə sənədlərinin əsaslılığı təsdiq olunmuş "Azərbaycan Respublikasının ərazisində plastik cərrahiyyə ixtisası üzrə praktik tibb fəaliyyətinə icazə verilən həkim-mütəxəssislərin Siyahısı"nda Nigar Məmmədovanın adı yer almayıb.

Xəbər 1929 dəfə oxunub.




18.06.2025  15:06 

“Bazarstore” cərimələndi


BÜTÜN XƏBƏRLƏR +