Saatlıda balıqlar insan nəcisi ilə yemlənir?
“Premium Clinic”də ölüm hadisəsi baş verib
General-mayor Rasim Əliyev vəfat edib
Qatarda halı pisləşən sərnişin vəfat edib
Bu sahələrdə orta aylıq əməkhaqqı daha yüksək olub
Qorxu və vahimə hissi olan ərazi - Sibir
30 film istehsalat mərhələsindədir - Rəşad Əzizov
Yaşıllıqlara 135 560 manat məbləğində ziyan dəyib
USCIRF komissarı Kiyevdə UABD rəhbərliyi ilə görüşüb - Foto
Sivilizasiyadan uzaq: Nenlər necə yaşayır?


10.10.2025  18:25 

Yaşıllıqlara 135 560 manat məbləğində ziyan dəyib





A+  A-

Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən son bir həftə ərzində keçirilən nəzarət tədbirləri zamanı Bakı şəhəri və Zaqatala rayonunun inzibati ərazilərində yaşıllıqların qanunsuz kəsilməsi halları aşkar olunub.

XəzərNews.az Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinə istinadla xəbər verir ki, araşdırma zamanı Bakı şəhəri Xətai rayonu Xəqani Rüstəmov küçəsi və 8 Noyabr prospekti, Yasamal rayonu Şəfaət Mehdiyev küçəsi, Xəzər rayonu Qala-Pirallahı avtomobil yolunun kənarında və Zaqatala rayonu Əliabad qəsəbəsi ərazisində ağacların qanunsuz kəsilməsi nəticəsində yaşıllıqlara 135 560 manat məbləğində ziyan dəydiyi müəyyən edilib.

Hər bir fakt üzrə yaşıllıqlara dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından məsələyə hüquqi qiymət verilməsi üçün toplanmış materiallar hüquq-mühafizə orqanlarına göndərilməsi üçün hazırlanır.



Xəbər 3961 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +