Türkiyədə azərbaycanlı qadın uşaqlarının gözü önündə döyüldü
Keyfiyyətli dondurmanı necə seçək?
Vağzalın parkinq xidməti müvəqqəti dayandırılır
“Kapital Bank”ın vaxtı keçmiş kreditləri artıb
Kursdan çıxan PUA Rostovda yaşayış binasına çırpılıb
Əsir mübadiləsi: 84 ukraynalı vətənə qayıdıb
Rusiyada qətl törədən azərbaycanlı ailədən 102 milyon tələb olunur
Qışda ƏT bahalaşacaq...- Səbəb?
Azərbaycanlılar Rusiyadan deportasiya edildi
Təhsil haqqı 2 min manat artırıldı


14.08.2025  16:12 

Rusiyada qətl törədən azərbaycanlı ailədən 102 milyon tələb olunur





A+  A-

Rusiyanın paytaxtı Moskvada azərbaycanlı tərəfindən öldürülən motosikletçinin atası təqsirləndirilən şəxslərə qarşı yeni maliyyə tələbləri irəli sürüb.

XəzərNews.az yerli mediaya istinadla bildirir ki, bu gün prosesdə mərhumun atası Oleq Kovalyov əlavə olaraq dindirilib. O, oğlunun qətlinin ağır nəticələri barədə ətraflı danışıb. Onun sözlərinə görə, hadisənin yaratdığı stress fonunda mərhumun anası ciddi şəkildə xəstələnib. Ona qaraciyər transplantasiyası əməliyyatı edilib və qadına II qrup əlillik statusu verilib.

Buna görə də, dəfn xərcləri və mənəvi zərərə görə kompensasiyadan əlavə, Kovalyov vəkili vasitəsilə təqsirləndirilən şəxslərdən qadının piyada hərəkət edə bilmədiyi üçün nəqliyyat xərclərinin, həmçinin dərman preparatlarının qiymətinin ödənilməsini tələb edib.

Xüsusilə, Kovalyov təqsirləndirilən şəxslərdən 1 milyon 750 min rubl dəfn xərcləri, 204 min rubl nəqliyyat və dərman xərcləri, həmçinin hər bir valideyn üçün 50 milyon rubl məbləğində mənəvi zərərin ödənilməsini tələb edir.

Ümumilikdə iş üzrə 6 nəfər mühakimə olunur — onlardan biri, birbaşa qətldə ittiham olunan Şahin Abbasov və onun qohumlarıdır.

Xatırladaq ki, hadisə 17 aprel 2024-cü ildə Krasnodarskaya küçəsindəki bir binanın həyətində baş verib. Motosikletçi səkidə saxlanılmış avtomobilə görə azərbaycanlı sürücüyə irad bildirib və bu, qətllə nəticələnib.

Xəbər 165 dəfə oxunub.



14.08.2025  14:14 

Afaq Bəşirqızı təltif edildi

14.08.2025  12:58 

Sabah hava necə olacaq?

14.08.2025  12:49 

Narkotik satan qardaşlar tutulub


BÜTÜN XƏBƏRLƏR +