Zaur Mikayılovun qudaları vəzifədə... - FOTO
PA-nın adından 4500 manatlıq dələduzluq
Baş nazirin adından saxta sənəd hazırlayan sahibkar cəzalandırıldı
Bir sıra dövlət xadimləri adından saxta açıqlamalar yayılır
Bakının bu hissələri işıqsız qalıb
İmamoğlunun magistr diplomu da ləğv edildi
Səsyazısı yayılan direktora töhmət verildi
Sulutəpə sakinlərindən ŞİKAYƏT: “Ərazidə bir transformator var idi, onu da sökdülər“
Xaricdə yaşayan blogerə hökm oxunub
Dövlət qurumu MTK rəhbərindən çıxarış üçün pul istəyir?


18.04.2017  13:42 

Azərbaycanda yol TERRORU: Üç ayda 162 nəfər öldü





A+  A-

Bu ilin 3 ayında respublikada qeydə alınan yol-nəqliyyat hadisələrinin statistikası açıqlanıb.
Baş Dövlət Yol Polisi İdarəsindən XəzərNews.az-a verilən məlumata görə, 2017-ci ilin 3 ayı ərzində respublika ərazisində 407 yol-nəqliyyat hadisəsi qeydə alınıb ki, nəticədə 162 nəfər ölüb, 411 nəfər xəsarət alıb. 2016-cı ilin müvafiq dövrü ilə müqayisədə qəzaların sayı 12 fakt (2,9%) azalıb, ölənlərin sayı 19 nəfər (13,8%) artıb, xəsarət alanların sayı isə 42 nəfər (9,3%) azalıb.

Respublikada qeydə alınan qəzalardan 140-ı Bakı şəhərində baş verib. Bunların nəticəsində 44 nəfər ölüb, 134 nəfər xəsarət alıb. 2016-cı illə müqayisədə yol-nəqliyyat hadisələrinin və xəsarət alanların sayı uyğun olaraq 7 fakt (4,8%), 26 nəfər (16,3%) azalıb, ölənlərin sayı 13 nəfər (41,9 %) artıb.

Respublika üzrə qeydə alınmış yol-nəqliyyat hadisələrinin 32,4%-i (132 hadisə, 48 ölüm, 175 yaralı) ötmə və qarşıdan gələn nəqliyyatın yoluna çıxma, 30,2%-i (123 hadisə, 58 ölüm, 105 yaralı) nəqliyyat vasitələrinin yüksək sürətlə idarə olunması, 12%-i (49 hadisə, 11 ölüm, 58 yaralı) yolayrıclarını keçmə qaydalarının pozulması, 1,7%-i (7 hadisə, 4 ölüm, 5 yaralı) nəqliyyat vasitələrinin sərxoş vəziyyətdə idarə olunması səbəbindən baş verib.

Yol-nəqliyyat hadisələrinin 47,9%-ni (195) piyadaların vurulması təşkil edib ki, nəticədə 66 piyada həlak olub, 145-i xəsarət alıb.

Respublika üzrə qeydə alınmış yol-nəqliyyat hadisəsi nəticəsində 7 nəfər uşaq və yeniyetmə ölüb, 46 nəfər xəsarət alıb. 2016-cı ilin müvafiq dövrü ilə müqayisədə azyaşlıların iştirakı ilə baş vermiş yol-nəqliyyat hadisələrində ölənlərin sayı 2 nəfər azalıb, xəsarət alanların sayı isə 11 nəfər artıb.

Xəbər 4133 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +