Zaur Mikayılovun qudaları vəzifədə... - FOTO
PA-nın adından 4500 manatlıq dələduzluq
Baş nazirin adından saxta sənəd hazırlayan sahibkar cəzalandırıldı
Bir sıra dövlət xadimləri adından saxta açıqlamalar yayılır
Bakının bu hissələri işıqsız qalıb
İmamoğlunun magistr diplomu da ləğv edildi
Səsyazısı yayılan direktora töhmət verildi
Sulutəpə sakinlərindən ŞİKAYƏT: “Ərazidə bir transformator var idi, onu da sökdülər“
Xaricdə yaşayan blogerə hökm oxunub
Dövlət qurumu MTK rəhbərindən çıxarış üçün pul istəyir?


28.07.2025  15:13 

Kimlərə əsgərlikdən möhlət hüququ veriləcək?





A+  A-

Peşə təhsili alan gənclər hərbi xidmətə çağırışla bağlı müəyyən şərtlər daxilində möhlət hüququ əldə edirlər.

XəzərNews.az modern.az-a istinadən xəbər verir ki, bu, "Hərbi vəzifə və hərbi xidmət haqqında" Qanunun 21.1.2-ci maddəsində əksini tapıb.

Həmin maddəyə əsasən, peşə təhsili müəssisələrində təhsil alan və bu təhsil müəssisələrinə daxil olana qədər tam orta təhsil almamış çağırışçılar üçün 20 yaşınadək müddətli həqiqi hərbi xidmətə çağırışdan möhlət verilir.

Qanunun bu müddəası peşəkar bacarıqlar qazanmaq istəyən gənclərin təhsil prosesinin hərbi xidmətə görə yarımçıq qalmamasını təmin etmək məqsədi daşıyır.

Xatırladaq ki, möhlət hüququ yalnız qeyd olunan şərtlərə cavab verən şəxsləri əhatə edir və 20 yaş tamam olduqdan sonra hərbi xidmətə çağırış qüvvədə qalır.

Məlumat üçün bildirək ki, "Hərbi vəzifə və hərbi xidmət haqqında" Qanuna edilmiş son dəyişikliklə ümumi təhsil müəssisələrində tam orta təhsil alanlara da 20 yaşınadək hərbidən möhlət hüququ verilir.

Xəbər 119 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +