Zaur Mikayılovun qudaları vəzifədə... - FOTO
PA-nın adından 4500 manatlıq dələduzluq
Baş nazirin adından saxta sənəd hazırlayan sahibkar cəzalandırıldı
Bir sıra dövlət xadimləri adından saxta açıqlamalar yayılır
Bakının bu hissələri işıqsız qalıb
İmamoğlunun magistr diplomu da ləğv edildi
Səsyazısı yayılan direktora töhmət verildi
Sulutəpə sakinlərindən ŞİKAYƏT: “Ərazidə bir transformator var idi, onu da sökdülər“
Xaricdə yaşayan blogerə hökm oxunub
Dövlət qurumu MTK rəhbərindən çıxarış üçün pul istəyir?


28.07.2025  15:26 

Binəqədidə narkoşəbəkənin iki üzvü tutuldu





A+  A-

Polis Bakıda əməliyyat keçirib.

XəzərNews.az Lent.az-a Daxili İşlər Nazirliyindən verilən məlumata görə, Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən Binəqədi rayonunda keçirilən əməliyyat zamanı narkoşəbəkənin daha iki üzvü - 47 yaşlı Elnur Hacıyev və 29 yaşlı Əkbər Kərimov saxlanılıblar.

Sonunculara məxsus avtomobil və gizli saxlanc yerindən 24 kiloqram tərkibinə zərərli maddələr əlavə edilmiş marixuana aşkarlanıb.

Şəxsiyyəti istintaqla araşdırılan İran vətəndaşı ilə cinayət əlaqəsinə girdiklərini etiraf edən E.Hacıyev və Ə.Kərimov narkotik vasitələri Yardımlı və Binəqədi rayonları ərazisindən götürüb maddi gəlir qazanmaq üçün satışını təşkil etməyi planlaşdırıblar.

Faktla bağlı cinayət işi başlanılıb, hər iki şəxs barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Əməliyyatlar davam etdirilir.



Xəbər 91 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +