ABŞ-ın İranın əsas nüvə obyektlərinə dağıdıcı zərbələri və bu dağıntıların miqyaslı olması İran tərəfindən təsdiqləndi. Bu fonda İranda 408,6 kq-60%-dən çox zənginləşdirilmiş uranın taleyindən xəbəri olmaması çox aktual mövzudur. Beynəlxalq mətbuatda İranda nüvə obyektlərinin vurulub - vurulmadığı gündəliyə gətirilib. Əgər İranın nüvə obyektləri vurulubsa, niyə görə radiasiya yoxdur?!
İranın nüvə obyektlərində 408,6 kq- 60%-lik uran olubsa, niyə İran zərbədən əvvəl ABŞ və İsrailə həqiqi vəziyyəti deməyib?! Çünki yaranmış radiasiyadan ilk bütün İran ərazisi zərər görəcəkdir. Təxminən 1000 km radiuslu əraziyə radiasiya yayıldıqdan sonra şimal qonşularına çata bilərdi, 300-400 km-dən sonra ərəb ölkələrinə. Bu, ciddi izah tələb edəndir və çox böyük şübhə yaradandır.
I. Bombalamadan sonra radiasiya olmadı. Gecikmə ilə İran tərəfi uran ehtiyatlarını başqa yerə köçürdüklərini bildirdi. 60%-lik uranı saxlamaq üçün xüsusi yer tikilməlidir. Belə tikinti barədə rəsmi məlumat yayıldı. Onun yeri də maraqlı strukturlara bəlli idi. İran ərazisində İsrailin casus şəbəkəsi çox güclü idi. Əgər köçürülmə olubsa, mütləq yerli əhali və yaxud kimsə deyə bilərdi.
II. İsrailin ilk gün hücumunda da diqqət çəkən İran Nüvə Təşkilatının keçmiş rəhbəri Firudin Abbasinijn də öldürülməsidir. Bu haqda İsrailin əlavə izahına ehtiyac var. F.Abbasi eks-prezident H.Ruhaninin süd qardaşıdır. Ruhanilər nəsli savadlı olublar. F.Abbasi yeganə rəhbərdir ki, vəzifədən çıxardılar və ona cinayət işi açdılar. O vaxt cinayət işi H.Ruhaniyə qarşı təzyiq vasitəsi kimi də görünə bilərdi. Korrupsiya mövzusuna uyğunlaşdırılması daha böyük şübhə yaradandır. Təbiətinə görə alim, insan olan bu şəxs ola bilər İranda zənginləşdirilmiş uran olmadığının üstünü açıb və bu barədə ölkə rəhbərliyi xəbər tutduqdan sonra onun özünü həbs etmək qərarına gəliblər. Çünki o zaman İranda zənginləşmiş uranın olmaması böyük qalmaqal yarada bilərdi.
III. İranda 408,6 kq uran olmayıb və bu köçürülməyib. Köçürülübsə də bu yalnız Buşer AES-ə köçürülə bilər. Çünki orada həm də rusiyalı mütəxəssislər işləyir. Rusiyaya görə İsrail və ABŞ Buşer AES-i vura bilmədilər. Yalnız Buşer AES-i vura bilmədilər, Buşerin ətrafını vurdular. Əgər rusiyalı mütəxəssislər Buşerə əlavə uran kütləsinin gətirilməsini bilsəydilər, bunu mütləq öz dövlətlərinə bildirərdilər. Rusiya bunu İrana əlavə təzyiq vasitəsi kimi istifadə edə bilərdi. Rusiya-ABŞ danışıqlarının bütün gizli tərəfləri Buşer AES-lə bağlı son aylarda Rusiya ilə İran arasında heç bir ciddi danışığın olmadığını göstərir. A.Əraqçının V.Putinlə blef görüşü də bu mövzunun aktual olmadığını qeyd etməyə əsas verir. Böyük ehtimalla İranda zənginləşdirilmiş uran yoxdur.
IV. Rusiya-İran münasibətləri kontekstində İranda zənginləşdirilmiş uranın olmasını şübhəyə alan daha 2 faktor mövcuddur:
1. Baydenin prezidentliyi dövründə İran uranın zənginləşdirilməsinin faizlərinin artmaması prosesini Rusiyadan xahiş etdi. Bu zaman İran RF mütəxəssislərini yaxına buraxmadı. Çünki uranın zənginləşdirilmə faizinin artması konkret mövzudur və İranda uranın kütləsini kimsə görməli idi. Bunu o zaman biz də siyasi səbəblərlə əlaqələndirdik. İndi belə görünür ki, zənginləşdirilmiş uranın olmadığına görə İran Rusiyanı rədd edib və bu Rusiya ilə ABŞ arasında Rusiya üçün əlavə gərginlik yaradan mövzuya çevrildi.
2. İran Rusiya ilə bir neçə AES tikmək niyyətində idi. Çünki İranda çox güclü elektrik enerjisi qıtlığı gözlənilirdi. Sonradan həqiqətən də İranda elektrik enerjisinin qıtlığı oldu. Buna baxmayaraq, İran Rusiya ilə AES tikintisi planından imtina etdi. Görünür o AES tikintisində məsrəf üçün gözə görünən müəyyən miqdar zənginləşdirilmiş uran lazım olacaqmış. Bu istiqamətdə əlavə arqumentlər də var.
V. Dünyanın radiasiya fonu ciddi nəzarət altındadır. İranın hansısa bir hissəsində radiasiya olsaydı, qonşu dövlətlərin, İranın daxilində narazı qrupların diqqətini çəkmiş olardı, İsrailin bundan xəbəri ola bilərdi.
VI. İranın daxilində çox güclü korrupsiya mexanizmi var və nüvə sahəsinə rəhbərlik edən şəxslər də bundan istifadə edib, bir qrup mütəxəssisi və alimi dolandırmaq naminə belə bir blefə əl atıblar. Hər il dövlət büdcəsindən 100 milyon dollar vəsait əldə edə biliblər. İranda SEPAH ən böyük korrupsioner olub, bundan sonra necə olacaq, Allah bilər. Uranın zənginləşməsi İranın və bəlkə də dünya tarixində ən böyük yalanlarından biridir, İran buna da imza atdı.
VII. İranda nüvə texnologiyası soyuq müharibənin ilk illərinin elementidir. Bunun soyuq müharibə dövrünün elementi var. O zaman ABŞ SSRİ nüvə bombasını yaratdıqdan sonra SSRİ-yə qarşı nüvə koalisiyası yaratmaq məqsədilə bir neçə dövlətə, İrana və İsrailə də nüvə texnologiyaları yaratmaq göstərişi verdi və şərait yaratdı.
Sonradan ABŞ atom üzrə yaranan qurumlarda da SSRİ-nin çətin vəziyyətə düşməsi üçün bu dövlətləri həmin qurumlara üzv də elan etdi. Sonradan İran şahının ABŞ və İngiltərəyə soyuq münasibəti çıxdığına görə neftin milliləşməsində aralıqda olan narazılıqlar, SSRİ-yə qarşı soyuq müharibədə iştirakdan imtina etməsi ABŞ prezidentlərinin İranın nüvə proqramına qarşı mövqeyini dəyişdi.
Əlbəttə, bu ayrı mövzunun tədqiqidir.
Mübariz Əhmədoğlu
Siyasi İnnovasiyalar və Texnologiyalar Mərkəzinin rəhbəri,
politoloq
Xəbər 854 dəfə oxunub.