Təzəxən Mirələmli də saxlanılıb
“Helios Airways” “kabus təyyarəsi”nə necə çevrildi?
Hüseyn Amani Nadarlı iş yerində həbs edildi
Sürücüdən “BakuBus” rəhbərliyinə ağır ittihamlar - VİDEO
Azərbaycan-Türkiyə təlimləri kimə qarşıdır? - İddia
Kafedə partlayış olub - Açıqlama
Rəzalət: Firudin Qurbansoyu kim yerində oturda bilər?
Hansı həkim sertifikasiyaya görə rüşvət verib? - SİYAHI
Əhmədzadə ilə Ələkbərovu nə birləşdirir?
Binəqədililər İcra başçısına problemlərini danışdılar


05.12.2025  17:23 

Rəzalət: Firudin Qurbansoyu kim yerində oturda bilər?





A+  A-

Uzun illərdir, Filologiya elmləri doktoru, akademik Rafael Hüseynovun şairəmiz Məhsəti Gəncəvinin irsinin tədqiqatçısı olaraq mövzu ilə bağlı bir neçə kitab çap edib. 2010-cu ildə “Ay xanım - Məhsəti Gəncəvi” adlı kitabı çapdan çıxan kitab R.Hüseynovun uzun illər apardığı araşdırmaların məhsuludur.

Məhsəti, bəzilərinin hesab etdiyi kimi, uydurma ədəbi obraz olmadığını da ilk dəfə onun əsərlərində təsdiqini tapıb. Bəli, akademik də təsdiq etmişdir ki, o, real tarixi şəxsiyyətdir. Yaradıcı həyatı Gəncədə keçsə də, Məhsəti Şərqin qədim şəhərlərinə də çoxlu səyahətlər edib. Daha sonra bir neçə kitabı da Məhsəti xanımın yaradıcılığına həsr edib. Bu böyük həcmli tədqiqat işində Azərbaycan, rus, tacik, özbək, fars, türk, Avropa dillərində müxtəlif mənbələrə istinad ediən Rafael müəllimin bu kitabları Məhsəti Gəncəvinin yaradıcılıq irsinin və zəngin Azərbaycan ədəbiyyatının öyrənilməsinə sanballı töhfədir. "Məhsəti Gəncəvi necə varsa" kitabında isə şairənin həyatı, səyahətləri, əqidəsi, yaradıcılğı haqqında kifayət qədər məlumat yer alıb.

Əsl Azərbaycan xalqına layiq bir siması olan Məhsəti Gəncəvini 900 ildən sonra "niprav" çıxartmağa çalışanlara demək lazımdır ki, savadın varsa, aç Rafael müəllimin kitablarını oxu, yox əgər savadın yoxdursa, o zaman əxlaqın olsun! Azərbaycan qadınına şər atmağa çalışma!

M.Gəncəvinin üstünə hücuma baltalı gələnlərdən biri də filologiya üzrə fəlsəfə doktoru Firudin Qurbansoydur. Hə həmin bürc-baxıcısı...

Qarayevlərin həvəsləndirmə sifarişini nəzərə alan Qurbansoy mediaya deyib ki, Məhsəti azərbaycanlı olmayıb, Nizami ona nifrət edib: “Gerçək şairə Məshəti azərbaycanlı olmayıb. Onun atası Orta Asiyadan Azərbaycana Səlcuqilər dövründə gəlib. Həm də milliyyətcə tacik və hərbçi olub. Gəncədə məskunlaşdıqdan sonra müharibələrin birində şəhid olub. Atası öləndə Məshəti balaca uşaq olub. Yetim uşağın olduğu ailə Gəncədə necə yaşasın?! İndinin özündə Gəncədə yaşamaq çətindirsə, görün 12-ci yüzillikdə vəziyyət necə olub".

Bəli bu bir filosofun fikridir. Deməli, görün bu adam keçmişimizi nə qədər "murdar" hesab edir. Axı o vaxt urf-adət vardı? Yetimə təmənnasız yardım etmək, ona qəyyumluq etmək vardı.

Görün sonra nə deyir Qurbansoy: “Onu deyə bilmərəm ki, nəyə görə bu adamın şeirlərində biədəb sözlər var. Onların heç biri adam içində deyiləsi deyil. Onun şeirlərini farsca oxuyan hər kəs başa düşür ki, onları çap etmək mümkün deyil. Lakin Məhsətinin bəzi rübailəri çap olunub. Sözümün canı budur ki, o, azərbaycanlı deyil, şeirləri də əxlaqsız ifadələrlə doludur. Yəni Məshəti aydan arı, sudan duru biri olmayıb”.

Filoloq-alim bildirib ki, Məhsətinin şeirlərini söyləmək üçün gərək başdan sona qədər üç nöqtədən istifadə olunsun: “Bəzi mənbələr qeyd edir ki, Nizami Gəncəvi Məshətini sevib. Belə şey olmayıb. Nizaminin ondan zəhləsi gedib. Hətta deyib ki, onun yazdıqlarını mən bir gecəyə yazaram. Bunu Məmməd Səid Ordubadi “Qılınc və Qələm” əsərində qeyd edib. Məshəti onun az qala nənəsi yaşda olub. Amma hərə bir şey deyir. Ayıbdır e! Yəqin filmin yaradıcıları da Məshəti haqqında oxuyub və ssenarini ona uyğun qurublar. Şeirlərini də əzbər bilirəm. Deyə də bilərəm, amma heç deyiləsi deyil. Başdan ayağa ədəbsiz sözlər! Məshəti Gəncəvinin dərsliklərdə bir dənə rübaisi var, o da əslində, Ömər Xəyyamındır. Məshətidən bir şeiri Nigar Rəfibəyli, birini də Mirmehdi Seyidzadə tərcümə edib".

Qurbansoyun niyə Məhsətini "qə...bə" çıxartması sonrakı fikirlərində özünü biruzə verir: "Mənə pis təsir edən budur ki, filmi tənqid edirlər, öz işləridir, lakin Suada Qarayevanın atasını (keçmiş mədəniyyət naziri Əbülfəs Qarayev – red.) işə qatmaq, baxmadan film haqqında necə gəldi danışmaq əxlaqsızlıqdır!”

Baxın, bizim ziyalı dediklərimizin əksəriyyəti məhz Firudin Qurbansoy kimi düşündüyü, güclü tərəfin yanında olduğu üçün hazırda ədəbiyyatımızda, incəsənətimizdə, mədəniyyətimiz də başqalarının ya mənimsəməsində, ya hədəfində, yada darmadağın şəkildə yerlərdədir.

Ayıb olsun deməkdən başqa bir söz deyə bilmirəm. 900 ildir sevilən, Azərbaycan xalqının siması olan bir Şairəni, şahmatçını, bəstəkar xanımı "qə..bə" çıxartmaqla əslində xalqımıza sifarişlə böhtan atırsınız....

Zənnimcə, Filologiya üzrə fəlsəfə doktoru Firudin Qurbansoyu ancaq ədəbiyyatşünas, ictimai xadim, yazıçı, publisist, tərcüməçi, mətnşünas, Azərbaycan Yazıçılar Birliyinin üzvü, Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin direktoru, Filologiya elmləri doktoru, professor, AMEA-nın həqiqi üzvü Rafael Hüseynov yerində oturda bilər.

Əntiqə Rəşid

Xəbər 411 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

05.12.2025  11:32 

Ukrayna Temryuk limanını vurdu

05.12.2025  11:15 

Modi Putini əsl dost adlandırıb


BÜTÜN XƏBƏRLƏR +