Təzəxən Mirələmli də saxlanılıb
“Helios Airways” “kabus təyyarəsi”nə necə çevrildi?
Hüseyn Amani Nadarlı iş yerində həbs edildi
Sürücüdən “BakuBus” rəhbərliyinə ağır ittihamlar - VİDEO
Azərbaycan-Türkiyə təlimləri kimə qarşıdır? - İddia
Kafedə partlayış olub - Açıqlama
Rəzalət: Firudin Qurbansoyu kim yerində oturda bilər?
Hansı həkim sertifikasiyaya görə rüşvət verib? - SİYAHI
Əhmədzadə ilə Ələkbərovu nə birləşdirir?
Binəqədililər İcra başçısına problemlərini danışdılar


05.12.2025  13:04 

Dünyada ən kök insanlar bu adada yaşayır





A+  A-

Nauru dünyandan təcrid olunmuş kiçik bir adadır. Bu ada, sönmüş vulkanın üstündəki mərcan atoludur. Adanın sahilindən təxminən 1 kilometr məsafədə okeanın dərinliyi 1000 metrə çatır.

Nauru sakinləri dünyada ən kök insanlar hesab olunurlar. Statistikaya görə, əhalinin təxminən 95%-i müəyyən dərəcədə piylənmədən əziyyət çəkir.

Bəli, qeyri-adidir. Əksər ölkələrin bir paytaxtı var, bəzilərində hətta iki (Boliviya) və ya üç (Cənubi Afrika) paytaxtı var. Vatikan, Monako və Sinqapur kimi bəzi kiçik ölkələrdə dövlətin özü paytaxtıdır.

Bəs Nauru?

Bəli, ölkədə əslində heç bir şəhər yoxdur. Hökumətin daimi evi olaraq Yaren şəhəri qeyri-rəsmi olaraq Naurunun paytaxtıdır. Amma əslində şəhər deyil, cənub sahilindəki bir ərazidir. Səfirlik binalarının əksəriyyətini və beynəlxalq hava limanı da buradadır.

Adada əhali təxminən 3 min il əvvəl məskunlaşıb, avropalılar onu 1798-ci ildə kəşf ediblər. 1888-ci ildə ada Almaniyaya ilhaq edilib, lakin 1906-cı ilə qədər sakinlər işğalçılara vergi ödəməyə məcbur olub adada yaşamağa davam ediblər.

İkinci Dünya Müharibəsi zamanı ada həm Almaniya, həm də Müttəfiq qoşunları tərəfindən dəfələrlə bombardman edilib. Müharibə zamanı böyük dağıntılar nəticəsində adada bitki örtüyü demək olar ki, tamamilə məhv olub, indi o, ərazinin yalnız 63%-i bərpa olunub.

Adanın şirin su problemi var və o, Avstraliyadan tankerlərlə buraya gətirilir.

Nauruda iki rəsmi dil var: İngilis və Nauru.

Keçən əsrin 80-ci illərində Nauru fosforitlərin hasilatı sayəsində inanılmaz dərəcədə zəngin bir ölkə idi. Təxminən indiki Qatar və Küveyt kimi çox varlı ölkə idi. Ancaq bir gün hər şey sona çatdı - fosforitlər də tükəndi və onlarla birlikdə pul axını da bitdi.

Həmin vaxt Naurudakı meşələrin təxminən böyük bir qismi məhv edildi və adanın bütün ərazisinin 80% -i ayın səthini xatırladan cansız səhraya çevrildi.

Rəsmilər ikinci dərəcəli fosfat yatağı aşkar etdikdən sonra 2005-ci ildə fosfat hasilatı bərpa edildi indi də davam edir.

1960-cı illərdə Nauru əhalisinin Avstraliyanın Kvinslend yaxınlığındakı adaya köçürülməsi ilə bağlı müzakirələr başladı. Mütəxəssislər Naurun 1990-cı illərin ortalarında yaşamaq üçün yararsız hala düşəcəyi deyirdilər. İqlim dəyişikliyi və fosfat hasilatı ilə viran qalan təbiəti görən elm adamları adanın sonunun çatdığına inanırdılar.

Adanın yenidən qurulmasına investisiya qoymaq çox baha başa gələcəkdi. Ona görə də köçürülmə yeganə seçim idi.

1962-ci ildə Avstraliyanın baş naziri Robert Menzies Nauru fosfatından böyük gəlir əldə etdiklərinə görə "naurulular üçün qənaətbəxş bir gələcək təmin etmək üçün Avstraliyanın öhdəliyi" olduğunu etiraf etdi. Bu, ya naurulular üçün bir ada tapmaq, ya da onları hansısa ölkəyə köçürmək haqqında fikirlər irəli sürdü. Naurulular bu fikrə qarşı çıxdılar və qalmağı seçdilər.

Nauru büdcəsinin böyük bir hissəsini Avstraliyadan verilən subsidiyalar təşkil edir.

Osman Eminov

Xəbər 300 dəfə oxunub.




05.12.2025  11:32 

Ukrayna Temryuk limanını vurdu

05.12.2025  11:15 

Modi Putini əsl dost adlandırıb


BÜTÜN XƏBƏRLƏR +