Ukraynanın hücumu hava limanlarını iflic etdi
Rusiya bu ölkəyə xəbərdarlıq etdi
Rus ordusu Novoqriqorovkanı işğal etdi
Yazıçı Tahir İmanovu sərt tənqid etdi
Müəllimlər arasında dava -VİDEO
DİN-dən əməliyyat: Qumar oyunlarını təşkil edənlər saxlanıldı
“Bakı Metropoliteni”-nin şöbə rəisi vəzifəsindən atıldı
Hərbi qulluqçumuz vəfat etdi -FOTO
Avtobus sürücüləri narazılıq edirlər -VİDEO
Rusiyada azərbaycanlılar 3 gündür ac-susuz saxlanılır - VİDEO


08.10.2025  12:59 

Rusiyada azərbaycanlılar 3 gündür ac-susuz saxlanılır - VİDEO





A+  A-

6 oktyabr 2025-ci il tarixində Heydər Əliyev Beynəlxalq Hava Limanından Rusiya Federasiyasına yollana 3 nəfər Azərbaycan Respublikası vətəndaşı Zukovski Hava Limanında heç bir əsas olmadan saxlanılaraq, nəzarət məntəqəsinə aparılıblar.

XəzərNews.az xəbər verir ki, bu barədə saxlanılan vətəndaşlardan birinin sosial şəbəkələrdə müraciəti yayılıb.

Saxlanılan şəxsin məlumatına görə, onlar artıq 3 sutkadır ki, ac-susuz və şəraitsiz vəziyyətdə saxlanılır. O, bildirir ki, vətəndaşların mobil telefonları əlindən alınıb və onların icazəsi olmadan şəxsi məlumatları, o cümlədən "WhatsApp" və digər sosial şəbəkə hesabları yoxlanılıb.

Zərərçəkən bildirir ki, rusiyalı nəzarətçilər onların şəxsi əlaqə nömrələrini silir və ya Rusiya Federasiyası tərəfindən döyüşlərdə iştirak etməyə razılıq vermələrini, ya da 25 illik deportasiya qərarını qəbul etmələrini tələb edirlər. Deportasiya qərarının nə vaxt icra olunacağı barədə isə dəqiq məlumat verilmir, təxminən 15–20 gün çəkəcəyi söylənilir.

Vətəndaşlar Azərbaycan hökumətindən onların vəziyyətinə müdaxilə edib, tezliklə vətənə qaytarılmalarını təmin etməsini xahiş edirlər./"AzPolitika"



Xəbər 839 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +