Ukraynanın hücumu hava limanlarını iflic etdi
Rusiya bu ölkəyə xəbərdarlıq etdi
Rus ordusu Novoqriqorovkanı işğal etdi
Yazıçı Tahir İmanovu sərt tənqid etdi
Müəllimlər arasında dava -VİDEO
DİN-dən əməliyyat: Qumar oyunlarını təşkil edənlər saxlanıldı
“Bakı Metropoliteni”-nin şöbə rəisi vəzifəsindən atıldı
Hərbi qulluqçumuz vəfat etdi -FOTO
Avtobus sürücüləri narazılıq edirlər -VİDEO
Rusiyada azərbaycanlılar 3 gündür ac-susuz saxlanılır - VİDEO


08.10.2025  12:54 

Ağalarovların aktivləri ilə bağlı QƏRAR verildi





A+  A-

Rusiyada “Krokus City Hall”da törədilən terror aktı ilə bağlı iş üzrə zərərçəkən şəxslərin vəkillərinin tələbi rədd edilib.

İstintaq “Krokus City Hall”ın sahibləri iş adamı Araz Ağalarov və oğlu, müğənni Emin Ağalarovun aktivlərinin dondurulması barədə müraciəti qəbul etməyib.

Zərərçəkmişlərin hüquqlarını təmsil edən vəkil İqor Trunov bildirib ki, qərar məhkəmə-tibbi ekspertizaların nəticələri əldə olunmadan verilib. Sənəddə vurğulanır ki, istintaq orqanları hazırda məsul şəxslərin dairəsini və onların hadisədə iştirak dərəcəsini müəyyənləşdirmək üçün bir neçə kompleks ekspertiza aparır.

Rəsmi açıqlamaya görə, bu ekspertizalar “xüsusi mürəkkəblik və tədqiqat obyektlərinin çoxluğu” səbəbindən uzun çəkəcək.

İstintaq qərarında qeyd olunur ki, ekspertizaların nəticələrindən sonra hadisəyə aid şəxslərin hərəkətlərinə hüquqi qiymət veriləcək və yalnız bundan sonra aktivlərin dondurulması məsələsinə baxıla bilər: "Hazırda belə təminat tədbirlərinin tətbiqi qanuna uyğun sayılmır".

Qeyd edək ki, Rusiya qanunvericiliyinə əsasən, aktivlərin və ya əmlakın müsadirəsi yalnız şübhəli və ya təqsirləndirilən şəxslərə aid olduqda mümkündür. Hazırda Ağalarovlar bu statusda deyil./Modern.az

Xəbər 283 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər


BÜTÜN XƏBƏRLƏR +