Bu restoranlar cərimələnib
XİN Rusiyaya çağırış etdi: Vəziyyəti gərginləşdirməyin
Heydərov rəisi işdən çıxardı - Yeni təyinat
Hacı İbrahimin şirkətləri borca düşdü
Niyə məhz azərbaycanlılar hədəfdə?.. - Açıqlama
Rusiya səfiri Xarici İşlər Nazirliyinə çağırıldı
Zaxarova: Rəsmi Bakını tədbirlər görməyə çağırırıq...
Daha bir azərbaycanlı iş adamının evinə BASQIN
AEBA İrandan rəsmi təsdiq gözləyir
“Azərbaycanı təhdid etməmişik“ - Peskov


02.07.2025  18:14 

Bu agentlik mobil rabitənin keyfiyyəti ilə bağlı nəticələri niyə gizli saxlayır?





A+  A-

RİNN tabeliyində fəaliyyət göstərən İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyi (İKTA) mobil rabitə xidmətinin keyfiyyəti ilə bağlı əhəmiyyətli ölçmələr aparıb və nəticələri yalnız mobil operatorlara təqdim edib.

İKTA ölçmələri ərazilərin əhəmiyyəti və mobil istifadəçilərin şikayətlərini nəzərə alaraq həyata keçirdiyini bildirib.

İKTA-nın bu addımları mobil rabitə xidmətinin keyfiyyətinə dövlət nəzarətinin gücləndirilməsi baxımından faydalıdır.

Amma sual yaranır: niyə bu nəticələr ictimaiyyətə açıqlanmır?

Əgər internet provayderləri üzrə ən çox şikayət olunan şirkətlərin adları ictimaiyyətə təqdim olunursa, niyə mobil operatorlar üzrə belə bir şəffaflıq tətbiq edilmir?

Mobil operatorlar dövlətə məxsus olan tezliklərdən istifadə edir.

Azercell isə həm də dövlət şirkətidir.

İctimai resurs olan tezliklərdən istifadə edən mobil operatorların xidmət keyfiyyəti ilə bağlı nəticələri ictimaiyyətin bilməsi ən azı şəffaflıq və istifadəçi hüquqlarının qorunması baxımından zəruridir.

Beynəlxalq təcrübədə isə ölçmə nəticələrinin ictimaiyyətlə paylaşılması normal haldır. Bu həm istifadəçilərin seçim imkanını artırır, həm də operatorlar üzərində ictimai nəzarət mexanizmi yaradır.

Prezident də çıxışlarında dəfələrlə səsləndirib ki ictimai nəzarət üçün imkanlar yaradılmalıdır.

Bəs istifadəçi daha yaxşı və daha pis mobil xidmət verəni necə müəyyən etməlidir?
Elə ərazilər var ki orada mobil rabitə hədsiz pis vəziyyətdədir, zənglərdə, data qəbulunda qırılmalar çox olur.

Əgər problemin harada və kimdə olduğunu yalnız operator biləcəksə, görəsən vətəndaş nəyə əsasən seçim etməlidir?

Düşünürəm ki, İKTA ölçmə nəticələrini ümumiləşdirilmiş şəkildə, operatorlar üzrə müqayisəli təhlillə ictimaiyyətə açıqlamalıdır. Yoxsa "ölçdük, amma demirik" yanaşması nə ictimai maraqlara, nə də inkişaf iddialarına uyğun gəlir.

Osman Gündüz

Xəbər 265 dəfə oxunub.




02.07.2025  20:48 

Bu restoranlar cərimələnib

02.07.2025  12:17 

ABŞ-da güclü partlayış olub

02.07.2025  12:05 

Ersin Tatar Azərbaycana gəlib


BÜTÜN XƏBƏRLƏR +