Daha bir azərbaycanlı iş adamının evinə BASQIN
AEBA İrandan rəsmi təsdiq gözləyir
“Azərbaycanı təhdid etməmişik“ - Peskov
Azərbaycanlılar Gürcüstandan deportasiya edildi
Azərbaycan və Özbəkistan prezidentlərinin təkbətək görüşü başlayıb
Çin vətəndaşlarına XƏBƏRDARLIQ...
Azər Qasımlının cinayət işi məhkəməyə verildi
Zəngəzur dəhlizi ticarətin inkişafında mühüm rol oynayacaq
ABŞ-da güclü partlayış olub
Pezeşkian danışdı: Onların İrana girişi qadağan ediləcək


01.07.2025  17:40 

İşğal və təcavüz nəticəsində Azərbaycana dəyən zərərin həcmi məlum olub





A+  A-

Azərbaycan Hökümət Komissiyasının qimətləndirməsinə əsasən hərbi təcavüz və işğal Azərbaycana 150 milyard ABŞ dolları dəyərində zərər vurub.

XəzərNews.az xəbər verir ki, bunu Baş nazirin müavini Samir Şərifov BMT-nin İnkişaf üçün Maliyyələşdirmə üzrə IV Beynəlxalq Konfransında deyib.

Baş nazirin müavini qeyd edib ki, Ermənistanın təcavüzünə məruz qalmış və ərazilərinin 20 faizi 30 illik işğal altında olmuş Azərbaycan, 2020-ci ilin noyabrında isğala son qoyduqdan və ərazi bütövlüyünü bərqərar etdikdən sonra işğaldan azad etdiyi ərazilərinin bərpasına başlayıb, təcavüz nəticəsində bu ərazilərdən didərgin salınmış soydaşlarımızın doğma şəhər və kəndlərinə qaytarılması üzrə Böyuk Qayıdış Dövlət Proqramını həyata keçirir.

Bu günədək Proqramın icrasına dövlət büdcəsindən 15 milyard ABŞ dolları məbləğində vəsaiti sərf olunub.

S. Şərifov daha sonra bildirib ki, Azərbaycan Hökümət Komissiyasının qimətləndirməsinə əsasən hərbi təcavüz və işğal Azərbaycana 150 milyard ABŞ dolları dəyərində zərər vurub.

Zərərin 15%-dən artıq hissəsi ərazilərin minalarla çirklənməsi ilə bağlı olduğundan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin qərarı ilə mina təhlukəsizliyi Azərbaycan tərəfindən 18-ci milli DİM kimi qəbul edilmiş və bu yanaşma digər ölkələrə də tövsiyyə olunub.

Xəbər 94 dəfə oxunub.




02.07.2025  12:17 

ABŞ-da güclü partlayış olub

02.07.2025  12:05 

Ersin Tatar Azərbaycana gəlib

02.07.2025  00:31 

Onlar başlatdı, biz bitirəcəyik!


BÜTÜN XƏBƏRLƏR +