Yaşıllıqlara 135 560 manat məbləğində ziyan dəyib
Bu, emosiyaların böhranı idi... - Putin
USCIRF komissarı Kiyevdə UABD rəhbərliyi ilə görüşüb - Foto
Sivilizasiyadan uzaq: Nenlər necə yaşayır?
Şübhəli təmirlər: Məktəblər niyə açıqlanmır?
Oqtay Şirəliyevin yerinə baş direktor seçildi
Sosial medianın hökmran dövrü – Brendlərin yeni meydanı
Bakıda polisə kəsici alətlə müqavimət... - Şübhəli saxlanıldı
Əliyev və Paşinyan sülhə doğru irəliləyişi müzakirə ediblər
Azərbaycanlı qız Nyu-Yorkda faciəvi şəkildə öldü


10.10.2025  11:38 

Mənim qabağıma qoyulanlardan kənara çıxa bilmədim - Hakim





A+  A-

Xəbər verdiyimiz kimi, Avropa İnsan Hüquqları Məhkəməsi 2013-cü ildə MTN tərəfindən şərlənərək həbs edilən Moderator.az saytının o zamanki rəhbəri, hazırda Gununsesi.info-nun baş redaktoru Pərviz Həşimlinin şikayəti üzrə qərarını elan edib.

Həmin qərarda Pərviz Həşimlinin həbsinin, habelə, Bakı Ağır Cinayətlər Məhkəməsinin onun barəsindəki azadlıqdan məhrumetmə hökmünün qanunsuz olduğu öz əksini tapıb.

Pərviz Həşimli bu qərardan sonra onu 8 il azadlıqdan məhrumetmə cəzasına məhkum etmiş Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Novruz Kərimovla əlaqə saxlayıb.

Hakimlə baş redaktorumuzun telefon vasitəsilə baş tutan dialoqunu olduğu kimi təqdim edirik:

- Pərviz Həşimli: Salam Novruz müəllim! Necəsiniz? Pərviz Həşimlidir…

- Novruz Kərimov: Salam Pərviz, siz necəsiniz?

- Pərviz Həşimli: Zəng etdim ki, bir şad xəbəri sizinlə bölüşüm. Avropa Məhkəməsi sizin barəmdə çıxardığı hökmə dair şikayətimi qəbul etdi və qanunsuz məhkum olunduğumu təsdiq etdi..

– Novruz Kərimov: (Bir neçə saniyə susur-P.H.) Həə, nə yaxşı, bu qalibiyyətin üçün səni təbrik edirəm. Axır ki, nail oldun. Sən obyektiv oğlansan, özün hər şeyi yaxşı bilirsən də… Mənim qabağıma qoyulanlardan kənara çıxa bilmədim.

Pərviz Həşimli: Məhkəmə ona görə məhkəmədir ki, ittiham tərfi ilə müdafiə tərəfinin sübutlarını araşdırmalı, qiymət verməlidir. Siz isə ancaq İttiham aktına istinad etdiniz. Avropa Məhkəmənin qərarında yazılır ki, məhkəmə Pərviz Həşimlinin sübutlarını araşdırmayıb…

Novruz Kərimov: Bir şey var də… Bu deyir ki, bu onundur. Bu da deyir ki, mənim deyil. Bunu təkzib edən yoxdur axı…

Pərviz Həşimli: Necə yəni yoxdur, İttiham aktında üzümə qoyulan adamın ifadəsində yazılır ki, filan tarixdə İran vətəndaşları Biləsuvar sərhəd buraxılış məntəqəsində bu ölkəyə məxsus avtomobillə silahlar gətirib mənə verib. Biz məhkəmədə vəsatət verdik ki, Dövlət Sərhəd Xidmətindən həmin günü sərhədi keçən iranlıların şəxsiyyətini dəqiqləşdirək və bu silahı gətirənlər kimdirsə, tanıyaq. Niyə vəsatətimi rədd etdiniz?

Novruz Kərimov: Müəyyən şeyləri mən sənə deyə bilmirəm… Bilirsən, mənim marağım həmişə odur ki, obyetivlik olsun. Onu niyə eləməmişəm? Məhkəmə sübut toplayan orqan deyil. Bunu etsəydim, mən müdafiə tərəfində dayanmış olardım.

Pərviz Həşimli: Məhkəmənin borcudur ki, bütün sübutları tədqiq etsin. Bir də axı qanunvericilikdə hakimin “daxili inamına istinad etməsi” halı da müəyyən olunub. Qarşınızda dayanan şəxs dünyanın bir nömrəli hüquq-müdafiə təşkilatı olan Amnesty İnternational-ın “vicdan məhbusu” elan etdiyi, ABŞ Dövlət Departamentinin, Böyük Britaniya, Almaniya xarici işlər nazirliklərinin, Avropa Şurasının, Avropa İttifaqının və dünyanın bütün beynəlxalq qurumlarının azadlıq tələb etdiyi şəxs idi…

Novruz Kərimov: Yenə deyirəm ki, İttiham aktında başqa şeylər yazılıb.

Pərviz Həşimli: Bəs niyə mənim adıma yazılan silahlardan başqa biri MTN-nin həbs etdiyi sabiq iqtisadi əlaqələr naziri Nicat Quliyevin işində çıxdı?

Novruz Kərimov: Doğrudan? Bunu mən bilmirəm axı..

Pərviz Həşimli: Bəli, o zaman mərhum vəkil Elton Quliyev İjeviskidəki Makarov zavodundan sənədlər aldı ki, mənim ayağıma yazdıqları tapançalarla Nicat Quliyevin mənzilindən “çıxan” tapança eyni sifarişlə istehsal olunub və eyni qutuya məxsusdur. Ona görə də nömrə ardıcıllıqları davamlıdır. Bu sübut deyilmi ki, MTN hər ikimizi şərləyib?

Novruz Kərimov: Bax, bunu indi deyirsən. Mən bunları indi eşidirəm. Bir söz deyim, söhbəti bitirək.

Mənim sənə məhkəmədə özünü aparmağına, savadına, qabiliyyətinə görə hörmətim var. Açığı sənə xüsusi hörmətim var ki, özünü ləyaqətlə aparmısan. Mənim sənə qarşı qərəzim olmayıb. Əvvəllər tanış olmamışıq. İşi mənə verdilər, mən də baxdım.

Pərviz Həşimli: Yerigəlmişkən, hələ istintaq dövründə Antiterror Mərkəzinin rəisi general Elçin Quliyev mənə bildirmişdi ki, sənin işinə bizim keçmiş müstəntiq olan Novruz Kərimov baxacaq. Xatırlayırsınızsa, mən ilk prosesdə sizin vaxtilə MTN-də işlədiyinizi nəzərə alıb, etiraz etmişdim…

Novruz Kərimov: Yox, sıradan iş kimi mənə düşmüşdü. Əsas odur ki, bu gün nailliyyətin oldu. Bir daha təbrik edirəm.

Pərviz Həşimli: Siz sağolun, amma ədalətli olun…



Xəbər 1936 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

10.10.2025  10:20 

Millimiz Fransaya qarşı

10.10.2025  01:27 

Rusiyada təyyarə qəzaya uğrayıb


BÜTÜN XƏBƏRLƏR +