Bakıda və Abşeronda leysan yağır
“Faktor Lizinq“ şirkətinin fəaliyyətində... - Şikayət
Aqşin Fatehin restoranı cərimələndi - VİDEO
Anasından oğurlayıb arvadına göndərdi
“Mehdiyevin işi üzrə bir çox şəxslər istintaqa cəlb edilib“ - Deputatdan açıqlama
Əli Kərimli həbsdə qaldı - Məhkəmə
ADDA ilə bp Azərbaycan arasında Əməkdaşlıq Sazişi imzalandı - Foto
Nazirliyin sabiq şöbə müdirinin milyonluq sərvəti - Siyahı
Ukrayna: Rusiya ordusunda intihar hallarının sayı 400-ə yaxınlaşır
İrandan idxal edilən konfetdə uyğunsuzluq aşkarlanıb


10.12.2025  15:39 

Nazirliyin sabiq şöbə müdirinin milyonluq sərvəti - Siyahı





A+  A-

Səhiyyə Nazirliyinin İnsan resursları, elm və təhsil şöbəsinin sabiq müdiri Səidə Rüstəmovanın və ailə üzvlərinin adına rəsmiləşdirilmiş çoxsaylı əmlaklar barədə məlumatlar yayılıb.

XəzərNews.az xəbər verir ki, iddialara görə, onun Yasamal, Nəsimi və Abşeron rayonlarında milyonlarla manat dəyərində daşınmaz əmlaka sahib olduğu bildirilir.

Məlumatlarda qeyd olunur ki, Rüstəmovanın özünün, anasının və oğlunun adına aşağıdakı əmlaklar rəsmiləşdirilib:

- Yasamal rayonu, Həsən Məcidov küçəsində mənzil – 463 365 manat

- Nəsimi rayonu, Abdülvahab Salamzadə küçəsində iki mənzil – 323 605 manat və 332 755 manat

- Nəsimi rayonu, Akademik Həsən Əliyev küçəsində mənzil – 429 488 manat

- Yasamal rayonu, İnşaatçılar prospektində mənzil – 670 275 manat

- Yasamal rayonu, İnşaatçılar prospektində 18 m² qaraj – 45 000 manat

- Abşeron rayonu, Novxanı kəndində torpaq sahəsi – 43 250 manat

- Sabunçu rayonu, Nardaran qəsəbəsində bağ sahəsi – 78 000 manat

- Bakı şəhəri, Nəsimi rayonu, Həsən Əliyev küçəsində fərdi ev

- Bakı şəhəri, Yasamal rayonu, Həsən Məcidov küçəsində mənzil

- Yasamal rayonu, Xarici Dairəvi Yol 10 ünvanında, “Royal Park” yaşayış massivində ev

- Yasamal rayonu, Şəfayət Mehdiyev küçəsində fərdi ev

- Abşeron rayonu, Novxanı bağlarında fərdi yaşayış evi

- Abşeron rayonu, Novxanı kəndi bağlarında mənzil

Bundan əlavə, ailənin istifadəsində “Mercedes-Benz” və “Audi Q5” markalı avtomobillərin olduğu bildirilir.

Səhiyyə Nazirliyinin qanunsuz plastik cərrahiyyəyə və başqa tibbi fəaliyyətə icazə verilməsi ilə bağlı ittiham olunan əməkdaşlarının milyonlarla qiymətləndirilən əmlakları üzərinə həbs qoyulub.

Xəbər 190 dəfə oxunub.




10.12.2025  14:46 

DTX casusları yaxaladı - Video

10.12.2025  12:52 

Sabahın havası açıqlandı

10.12.2025  12:18 

“Jasmin Park“da faciə - Video


BÜTÜN XƏBƏRLƏR +