Bakıda və Abşeronda leysan yağır
“Faktor Lizinq“ şirkətinin fəaliyyətində... - Şikayət
Aqşin Fatehin restoranı cərimələndi - VİDEO
Anasından oğurlayıb arvadına göndərdi
“Mehdiyevin işi üzrə bir çox şəxslər istintaqa cəlb edilib“ - Deputatdan açıqlama
Əli Kərimli həbsdə qaldı - Məhkəmə
ADDA ilə bp Azərbaycan arasında Əməkdaşlıq Sazişi imzalandı - Foto
Nazirliyin sabiq şöbə müdirinin milyonluq sərvəti - Siyahı
Ukrayna: Rusiya ordusunda intihar hallarının sayı 400-ə yaxınlaşır
İrandan idxal edilən konfetdə uyğunsuzluq aşkarlanıb


10.12.2025  13:02 

Faiz endiriminin sadə vətəndaşa, biznesə təsiri varmı? - RƏY





A+  A-

Xəbər verdiyimiz kimi, bu gün Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin qərarı ilə faiz dəhlizinin bütün parametrləri 0.25 faiz bəndi azaldılıb. Uçot dərəcəsi 6.75%, faiz dəhlizinin aşağı həddi 5.75%, faiz dəhlizinin yuxarı həddi isə 7.75% səviyyəsinə endirilib.

Faiz endiriminin sadə vətəndaşa, və ya, biznesə təsiri varmı?

XəzərNews.az xəbər verir ki, məsələyə münasibət bildirən iqtisadşı Natiq Cəfərli bildirib ki, Azərbaycanda iqtisadi sistem çox primitiv, bazar alətləri və institutlarının zəif olduğuna görə MB-ın faiz qərarlarının iqtisadiyyata təsirləri çox az olur:

“Onu da deyim ki, manat dollara pərçimləndiyənə görə, ABŞ-da FED nə qərar verirsə, bizim MB da o yöndə qərarlar alır. Yaxşı, dünyada MB-lar faizi aşağı salanda nə olur – bəli, pul (likvidlik) bolluğu artır, kredit faizləri aşağı düşür. Bu formul Azərbaycanda işləyirmi – demək olar ki, yox, işləmir. Məsələn, 2014-cü ildə uçot dərəcəsi 3,5% olub, amma, istehlak və biznes kreditləri ikirəqmli idi, 14-24% arası dəyişirdi.

Devalvasiyalardan sonra, 2016-17-cı illərdə MB-ın uçot dərəcəsi 15% oldu – yaxşı, kredit faizlərinə təsir etdimi, cüzi təsiri oldu, kredit faizləri 18-28% arası dəyişirdi. Yəni, uçot dərəcəsi 2 ildə 5 dəfəyə yaxın artdı, amma, kreditlərin faizi cəmi 4-5% arası artım göstərdi. 2019-da uçot dərəcəsi 9% civarında idi, kredit faizləri isə ciddi azalma göstərmədi. Misalları uzada da bilərəm, amma, düşünürəm ki, mahiyyəti anladınız”.

İqtisadçı qeyd edib ki, bu gün Azərbaycanda uçot dərəcəsi, lap 4-5% də olsa, kreditlər ucuzlaşmayacaq:

“Kreditin ucuzlaşması üçün depozit faizləri də azalmalıdır – indi banklar 9-10% civarında depozitə faiz verirlər, onlar bu faizi 3-4%-ə salsalar, banklara pul qoyan olmayacaq, sərbəst pul kütləsi valyutaya gedəcək.

Tutalım, möcüzə oldu, banklar kreditləri 3-5% arasına çəkdilər, o zaman nə olacaq – deyim də, primitiv iqtisadi modelə malik məmləkətdə daxili istehsalla məşğul olmaq çətindir deyə, kredit alan da idxala girişəcək, bunun üçün atacağı ilk addım, yenə də manatı valyutaya çevirmək olacaq. Deməli, manata basqı artacaq ki, məzənnəni inzibatı yolla indiki nisbətdə saxlamaq mümkün olmayacaq.

Azərbaycanda Mərkəzi Bankın requlyativ alətlətlərinin işlək və iqtisadiyyata müsbət təsirlərinin olması üçün ilk növbədə indiki primitiv iqtisadi model dəyişməlidir. İki borudan sallanan, büdcə xərcləmələri ilə aktivliyi olan indiki model çürüyüb, artıq çürüyüb...”

Xəbər 68 dəfə oxunub.




10.12.2025  14:46 

DTX casusları yaxaladı - Video

10.12.2025  12:52 

Sabahın havası açıqlandı

10.12.2025  12:18 

“Jasmin Park“da faciə - Video


BÜTÜN XƏBƏRLƏR +