Kənan Ağababayevə vəzifə verildi – Foto
Təmir zamanı memarlıq abidəsinə ziyan dəyib
Zelenski dekabrın 8-də Londona səfər edəcək
Paşinyan Azərbaycanla sərhədə gəldi, bu divara toxundu
Avropa Birliyi ləğv edilməlidir -Mask
Tanınmış jurnalist həbs edildi
Mehdiyevin Nabrandakı villası -FOTO/VİDEO
Ərdoğanın müavini Azərbaycana səfər edəcək
Əkrəm Həsənov: “Vergi Xidməti sakinlərin pulunu ödəməlidir”
Qaz limitinin ləğvi mümkündürmü? - Açıqlama


06.12.2025  20:10 

Paşinyan Azərbaycanla sərhədə gəldi, bu divara toxundu





A+  A-

Ermənistanın Baş naziri Nikol Paşinyan bir qrup vətəndaşla birlikdə Tavuş rayonunun Kirants kəndində Azərbaycanla sərhədin demarkasiya olunmuş hissəsinə baş çəkib.

XəzərNews.az Teleqraf-a istinadən xəbər verir ki, bu barədə N.Paşinyan özünün Feysbuk səhifəsində paylaşım edib.

Baş nazir qeyd edib ki, səfərin məqsədi Ermənistan hökumətinin rəhbər tutduğu ölkənin təhlükəsizliyinin təmin edilməsi konsepsiyasını nümayiş etdirməkdir.

"Təhlükəsizliyin bir nömrəli ideyası ordudursa, ikincisi ordudursa, üçüncüsü ordudursa, dördüncüsü ordudursa, o zaman təhlükəsizlik mövcud deyil və biz əmin olmalıyıq ki, təhlükəsizliyi təmin etmək üçün alətlər müxtəlif olsun. Bu divar bizim təhlükəsizliyi təmin etmək üçün alətimizdir", - Paşinyan demarkasiyadan sonra Kirants qəsəbəsində tikilən divara toxunaraq qeyd edib.

Baş nazir təhlükəsizliyin təmin edilməsində legitimliyin də mühüm şərt olduğunu vurğulayıb:

"2022-ci ildə biz Ermənistanın ərazi bütövlüyünü ilk dəfə özümüz tanıdıq. Demarkasiya prosesi gedəndə çoxları Kirants kəndinin boşalacağını, Kirants məktəbinin sərhəddən cəmi 50 metr aralıda olduğunu, uşaqların təhlükəsizliyini təmin etmək mümkün olmayacağını deyirdilər. Onlar artıq bir ildir ki, məktəbdə dərs keçirlər. Kirantsda heç bir insident qeydə alınmayıb”.

Nikol Paşinyan həmçinin elan edib ki, bu ərazidə xidmət edən Ermənistan və Azərbaycan sərhədçiləri silahlarında güllə olmadan xidməti həyata keçirməyə razılaşıblar.

Xəbər 23 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +