Mehdiyevin Nabrandakı villası -FOTO/VİDEO
Ərdoğanın müavini Azərbaycana səfər edəcək
Əkrəm Həsənov: “Vergi Xidməti sakinlərin pulunu ödəməlidir”
Qaz limitinin ləğvi mümkündürmü? - Açıqlama
Bu deputat 6 dəqiqədə 17 dəfə Mehdiyevi tərifləyib
Mehdiyevin əlinə oynayırlar... - Real sədri
Ruslar bir gecədə Ukraynaya 700-dən çox raket atıb
Hikmət Hacıyev Qətərin dövlət naziri ilə görüşüb
Əli Kərimli və dəstəsi artıq ifşa olunur... - Deputat
Lutski şəhərində ərzaq anbarları yanır


02.12.2025  14:17 

Əli Kərimli apeliyasiya şikayəti verəcək





A+  A-

Prezident Adminstrasiyasının sabiq rəhbəri, akademik Ramiz Mehdiyevin cinayət işi üzrə məsuliyyətə cəlb edilərək barəsində həbs qətimkan tədbiri seçilən Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Əli Kərimlinin vəkilləri apeliyasiya şikayəti verəcək.

XəzərNews.az xəbər verir ki, bu sözləri AXCP sədrinin müavini Seymur Həzi müvafiq açıqlamasında deyib.

O bildirib ki, apeliyasiya şikayətində Səbail Rayon Məhkəməsinin qərarının dəyişdirilməsini və həbs qətimkan tədbirinin ləğv olunması istəyəcəklər:

“Bu məsələdə lazımi bütün hüquqi prosedurlar həyata keçiriləcək. Əli bəylə bağlı məhkəmənin qərarı dünən verilib və biz apelliyasiya şikayətini bu gün hazırlayıb təqdim edəcəyik. Apelliyasiya müraciəti məhkəmə qərarının dəyişdirilməsi və həbs qətimkan tədbirinin ləğv olunması ilə bağlı olacaq”.

Xatırladaq ki, Dövlət Təhlükəsizliyi Xidməti (DTX) noyabrın 29-da AXCP sədri Ə.Kərimli və partiyanın Rəyasət Heyətinin üzvü Məmməd İbrahimi saxlayıb. Səbail Rayon Məhkəməsi dekabrın 1-də onların hər biri barəsində 2 ay 15 gün müddətə həbs qətimkan tədbiri seçib.

Əli Kərimli və Məmməd İbrahim Cinayət Məcəlləsinin 278.1 (hakimiyyəti zorla ələ keçirməyə, dövlətin konstitusiya quruluşunu zorla dəyişdirməyə yönələn hərəkətlər) maddəsi ilə ittiham edilirlər. Hər iki şəxs Ramiz Mehdiyev barəsində başladılan cinayət işi çərçivəsində həbs olunublar.//Yenisabah

Xəbər 218 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +