Kənan Ağababayevə vəzifə verildi – Foto
Təmir zamanı memarlıq abidəsinə ziyan dəyib
Zelenski dekabrın 8-də Londona səfər edəcək
Paşinyan Azərbaycanla sərhədə gəldi, bu divara toxundu
Avropa Birliyi ləğv edilməlidir -Mask
Tanınmış jurnalist həbs edildi
Mehdiyevin Nabrandakı villası -FOTO/VİDEO
Ərdoğanın müavini Azərbaycana səfər edəcək
Əkrəm Həsənov: “Vergi Xidməti sakinlərin pulunu ödəməlidir”
Qaz limitinin ləğvi mümkündürmü? - Açıqlama


06.12.2025  11:06 

Əbülfəz Qarayevin milyonluq SƏRVƏTİ - SİYAHI





A+  A-

Əbülfəz Qarayev mədəniyyət naziri olduğu dövrdə mədəniyyətdən başqa hər şeylə məşğuı olub. Panamada "Əlləmə" Hüseynbala ilə şərikli "Rimbo"sundan tutmuş Xorvatiyadakı "Amfiteatr" otelinə qədər mədəni talançılıq hesabına vəhşicəsinə mənimsədikləri haqqında hələ illər əvvəl yazmışdım. Sonra məlum oldu ki, Əbülfəs Qarayev Moskvada dəniz məhsulları - balıq, molyusk filan da satırmış.

XəzərNews.az xəbər verir ki, bu barədə açıqlama ilə Almaniyada yaşayan araşdırmaşı-jurnalist Cavanşir Həsənli çıxış edib.

C.Həsənli bildirib ki, Moskvada Qarayevin "LEON BABY" və "MYASNAYA QARANT" kimi ticarət markaları var.

"Dövlətin isə ümumiyyətlə xəbəri olmayıb ki, Azərbaycanın mədəniyyət naziri Moskvada təkcə balıq, molyusk, toyuq-cücə, deyil, həm də neft və qaz məhsulları satırmış",-deyə C.Həsənli bildirib.

Jurnalist Əbülfəs Qarayevin məhz nazir olduğu illərdə xaricdə aldığı obyektlərin siyahısını yayıb:

- 2004-cü ilin fevralında Panamada RİMBA SA şirkətini təsis edib;

- 2008-ci ildə Xorvatiyada LK D.O.O. (LTD) şirkətini həyat yoldaşının adın təsis edib, Pula şəhərində o dövr üçün 1 milyon avro dəyərində olan "Amfiteatr" otelini alıb;

- 2010-cu ildə həyat yoldaşı Lalə Kazimovanın adına KL BODRUM EMLAK TİCARET VE Sanayi LİMİTED ŞİRKETİ-ni təsis edib;

- 28 iyul 2010-ci ildə Moskvada "ÇƏHRAYI SUNK" MƏHDUD MƏSULİYYƏTLİ CƏMİYYƏTİnin (ООО "Розовый Скунс") təsisçisi kimi qeydiyyatdan keçib;

- 17 aprel 2012-ci ildə Moskvada fərdi sahibkar kimi qeydiyyata alınıb ( "qeyri-ixtisaslaşmış mağazalarda pərakəndə ticarət");

- 7 aprel 2014-cü ildə Moskvada GALS MMC-nin (ООО "ГАЛС") rəhbəri olub;

- 12.01.2016-cı ildə fərdi sahibkar kimi fəaliyyətini dayandırıb;

- 23.06.2017-ci ildə Moskvada "GZK OIL" MMC-ni (ООО "ГЗК ОЙЛ") təsis edib;

- 18 may 2023-cü ildə ÇE CORPORATION MMC-nin təsisçisi (ООО "КОРПОРАЦИЯ ЧЕ)
kimi qeydiyyatdan keçib. Buna qədər təsisçi qismində Əbülfəs Qarayevin təsisçisi olduğu
"QALS" və "ÇƏHRAYI SUNK" MMC-lər iştirak edib.



Xəbər 589 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər


BÜTÜN XƏBƏRLƏR +