Kənan Ağababayevə vəzifə verildi – Foto
Təmir zamanı memarlıq abidəsinə ziyan dəyib
Zelenski dekabrın 8-də Londona səfər edəcək
Paşinyan Azərbaycanla sərhədə gəldi, bu divara toxundu
Avropa Birliyi ləğv edilməlidir -Mask
Tanınmış jurnalist həbs edildi
Mehdiyevin Nabrandakı villası -FOTO/VİDEO
Ərdoğanın müavini Azərbaycana səfər edəcək
Əkrəm Həsənov: “Vergi Xidməti sakinlərin pulunu ödəməlidir”
Qaz limitinin ləğvi mümkündürmü? - Açıqlama


05.12.2025  21:14 

Təzəxən Mirələmli də saxlanılıb





A+  A-

AXCP sədri Əli Kərimlinin həbsinin ardından partiyanın Nəzarət Təftiş Komissiyasının üzvü Təzəxən Mirələmli də saxlanılıb.

XəzərNews.az Musavat.com-a istinadla xəbər verir ki, bu gün günorta saatlarında Ə.Kərimlinin apellyasiya məhkəməsi öncəsi Dövlət Təhlükəsizlik Xidmətininin əməkdaşları tərəfindən AXCP fəalının evində axtarış aparılıb, ona məxsus kompüter, telefon və başqa əşyalar götürülüb.

Özü isə DTX-yə aparılıb. Bu barədə sosial şəbəkələrdə onun ailə üzvləri məlumat yayıblar.

Qeyd edək ki, AXCP-də həbslər ötən həftənin şənbə günündən başlayıb. Partiya rəhbərliyi Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyev işi üzrə istintaqa cəlb olunurlar. Artıq AXCP sədri Əli Kərimli və müşaviri Məmməd İbrahim barəsində həbs qətimkan tədbiri seçilib.

Xəbər 2027 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər


BÜTÜN XƏBƏRLƏR +