Zəngəzur dəhlizinin arxasında ABŞ və NATO dayanıb?
Prezident İldırım Vəliyevlə bağlı sərəncam İMZALADI
Şəkidə TIR yandı
İlham Əliyev Trampa başsağlığı verdi
Prezident onlara rütbələr verdi
Fərid Abuşov işdən çıxarıldı
Özgür Özəlin toxunulmazlığı ləğv edilə bilər
İranda ölənlərin sayı 1060 nəfərə çatıb
Basketbol millimiz İslandiyanı məğlub etdi
Mingəçevir İcra Hakimiyyətində FACİƏ


08.07.2025  15:28 

Rusiyalı nazir Heydərovla görüşdə Putindən nə çatdırdı?





A+  A-

Bir neçə gün öncə Rusiya sosial mediasında Kremlin Azərbaycanla münasibətləri normallaşdırmaq üçün fövqəladə hallar naziri Aleksandr Kurenkovun rəhbərliyi ilə Bakıya nümayəndə heyəti göndərəcəyi bildirilmişdi. Heyətin Putinin mesajını Azərbaycan rəhbərliyinə çatdıracağı iddia edilirdi.

XəzərNews.az xəbər verir ki, Kurenkovun nümayəndə heyətinə rəhbər seçilməsinin səbəbi kimi onun Azərbaycan məmurları ilə yüksək səviyyədə əlaqələri göstərilirdi. Xüsusi olaraq vurğulayaq ki, Kurenkov ötən il Bakıya səfəri çərçivəsində Prezident İlham Əliyevin də qəbulunda olmuşdu.

Kurenkovun Bakıya səfəri reallaşdı, onun Azərbaycan paytaxtına gəlişi “təbii səbəblərdən” baş tutdu. Belə ki, Rusiya fövqəladə hallar naziri Aleksandr Kurenkov Beynəlxalq Mülki Müdafiə Təşkilatının iclasında iştirak etmək üçün gəlib.

Əlbəttə, bunun əvvəlcədən planlaşdırıldığını və Kurenkovun Azərbaycana səfərinin konkret tədbirdə iştirakla bağlı olduğunu iddia etmək mümkündür. Ancaq nəzərə alsaq ki, Azərbaycan Rusiya Baş nazirinin müavini Aleksey Overçukun Bakıya səfərini ləğv etmişdi, onda Kurenkovun səfərinin təxirə salınması daha çox ehtimal olunurdu. Ancaq Overçukun səfərini 29 iyunda ləğv edən Azərbaycan 7 iyulda Kurenkovun səfərinə normal yanaşıb, Kreml də fövqəladə halla nazirinin Bakıya səfərini “vacib” hesab edib.

Mediaya bəlli olan ilk rəsmi açıqlama Kurenkovun azərbaycanlı həmkarı və dostu Kəmaləddin Heydərovla görüşməsidir. Rəsmi məlumatda bildirilir ki, nazirlər ikitərəfli əməkdaşlığı müzakirə ediblər. Lakin görüşlə bağlı bir nüans əslində Rusiya tərəfinin istəyini anlamağa yardım edir.

Aleksandr Kurenkov Kəmaləddin Heydərovla görüş zamanı 12 günlük İsrail-İran müharibəsində rusiyalıların İrandan təhlükəsiz şəkildə çıxmasına yardım etdiyi üçün Azərbaycana təşəkkür edib və bu təşəkkür rəsmi açıqlamada xüsusi olaraq vurğulanıb. Əslində, Azərbaycanın İrandan təxliyə edilən rusiyalılara dəstəyinə görə Rusiyanın Baş naziri də daxil olmaqla, yüksək çinli məmurları Bakıya təşəkkür ediblər və bu məsələnin FHN-in işinə heç bir aidiyyəti yoxdur. Buna baxmayaraq¸ Kurenkov Azərbaycana təşəkkür üçün “bəhanə” axtarmaqla əslində missiyasını izhar edir. Yəni xoş niyyətlə gəldiyini və diplomatik missiya daşıdığını dolayısı ilə büruzə verir.

Bu isə o deməkdir ki, Kurenkov azərbaycanlı həmkarına Kremlin gərginliyi azaltmaq istəyini çatdırıb.
Böyük ehtimalla bu görüşün ardınca Rusiya və Azərbaycan münasibətlərində son günlər yaşanan gərginliyin azaldılması istiqamətində addımlar müşahidə edəcəyik.


Xəbər 70 dəfə oxunub.




08.07.2025  17:13 

Şəkidə TIR yandı

08.07.2025  17:00 

Prezident onlara rütbələr verdi

08.07.2025  16:51 

Fərid Abuşov işdən çıxarıldı

08.07.2025  11:02 

Milli Məclisin iclası başladı


BÜTÜN XƏBƏRLƏR +