Zəngəzur dəhlizinin arxasında ABŞ və NATO dayanıb?
Prezident İldırım Vəliyevlə bağlı sərəncam İMZALADI
Şəkidə TIR yandı
İlham Əliyev Trampa başsağlığı verdi
Prezident onlara rütbələr verdi
Fərid Abuşov işdən çıxarıldı
Özgür Özəlin toxunulmazlığı ləğv edilə bilər
İranda ölənlərin sayı 1060 nəfərə çatıb
Basketbol millimiz İslandiyanı məğlub etdi
Mingəçevir İcra Hakimiyyətində FACİƏ


08.07.2025  10:59 

“Cümhuri-İslami”nin şübhəsinin 3 çarəsi... - TƏFƏRRÜAT





A+  A-

“Dünən səhər “Kompas” verilişinin xüsusi buraxılışında “Cümhuri İslam” qəzetinin Azərbaycan ərazisindən İsrailin İrana qarşı hücumlarda istifadə etdiyinə dair şübhələrinin qaldığını bildirdilər. İranın əlində heç bir dəlil yoxdur və İsrailin PUA və qırıcılarının uçmasına dair dəlil də ola bilməz. Bizim tərəfimizdən bu mövzular dəfələrlə təkzib olunub. İranın rəsmi dairələri də Azərbaycanın ortalığa qoyduğu arqumentlərlə kifayətləniblər”.

Bu barədə açıqlamanı XəzərNews.az–a politoloq Mübariz Əhmədoğlu verib.

M.Əhmədoğlu qeyd edib ki, Azərbaycanın İsraillə əlaqələri yalnız təhlükəsizlik mövzularını əhatə edir:

“Geosiyasi, siyasi hansısa qonşu dövlətin daxili işlərinə qarışmağı əhatə etmir. Azərbaycanın İsraillə əlaqəyə xüsusi yer verilməsi ancaq və ancaq İrandan gələn təhlükəni neytrallaşdırmaqla bağlıdır. Çünki yəhudilər vaxtilə İranı da özləri üçün işlədiblər. Ona görə yəhudilər İranı çox gözəl tanıyır, fərasətlərinə bələddirlər. İranın hazırda həyati, mövcudluğu kredosu Azərbaycan Respublikasına qarşı mübarizə aparmaqdır. Xüsusilə Fələstin mövzusunu İran üçün artıq bitmiş hesab etmək olar. Ona görə onlar kimisə düşmən etməlidirlər. Əvvəldən Azərbaycan düşmən idi, indi də yeni güclə Azərbaycanı düşmən edəcək”.

Politoloq bildirib ki, “Cümhuri İslami” qəzetinin ortaya şübhə qoyması İran-Azərbaycan münasibətlərinin reallığında anlaşılandır:

“Cümhuri İslam”ın şübhəsini ümumiləşdirib, İranda olan şübhələrə qiymət vermək, aradan qaldırmaq mümkündür:

1. Şübhə normal şüur fəaliyyətidir. O əgər qatılaşırsa artıq patologiyadır. İran İslam Respublikası olduğu üçün bunu daha aydın qeyd etmək olar ki, əndazəni aşan şübhə şeytani elementdir. Şeytanın həm Allahdan qaçması, həm də vəsvəsinin mahiyyətində şübhə dayanır. Bu gün İranda özünü Allahdan üstün bilən, təkəbbürlü siyasətçilər hədsiz çoxdur.

2. Şüurunda bu cür şübhə olan adamlara biz Azərbaycanda misal gətirə bilərik. Azərbaycanda vaxtilə “Mütləqçilik” ideyası olub. O ideyanın yaradıcısı da Asif ata idi. Ardıcılları bu gün də var. Şəxsən bəndəniz də Asif atanı tanıyırdı, onun haqqında məqalə də yazmışam, vaxtilə ondan müsahibə də almışam. Onun “İnam və Şübhə” adlı monoqrafiyası var. İranda şübhəni hər şeydən üstün tutanlar və şübhədən əl çəkməyənlər o kitabdan elmi-metodik vəsait kimi istifadə edə bilərlər.

3. Pakistan variantını bildirmişik. İran əgər Azərbaycanın İsraillə əlaqələrindən şübhələnirsə Pakistanı tək və ya Türkiyə ilə birlikdə şimal sərhədlərinə dəvət edə bilər. Pakistanın İsrailə, Hindistana da münasibəti bəllidir. İndi bəlli olur ki, İranda olan hind şirkətləri İsrail üçün işləyirmiş. Bunu İran da bilirdi. İranın ali rəhbəri Hindistanın anti-dini mövqeyinə dair bəyanat da versə də iranlılarda Hindistana sevgi hədsiz çox olduğuna görə ali rəhbərin bu bəyanatlarını və ya fətvalarını görmədilər. Çünki Hindistan Azərbaycanın düşməni olan Ermənistanın müttəfiqidir. Ona görə kim Ermənistana fayda verirsə, o Allahdan, Həzrəti Peyğəmbərdən, Həzrəti Əlidən də artıq fəaliyyət göstərir. İranın düşüncəsində belədir. “Cümhuri İslam” Pakistana müraciət etsə, gələrlər. Pakistan böyük xərc tələb etməyəcək. Sadəcə sərhəddə qoşun dayanmalıdır və İranın büdcəsinə uyğun xərci ilə də gələ bilər. Pakistan İranın daxilində hind şirkətləri ilə də məşğul ola bilər. İran Pakistanın İsrailin son hücumuna qarşı mövqeyindən çox razıdır. Yaxında Pakistan-Hindistan hərbi əməliyyatları zamanı İran Pakistana kömək etmədi və kömək vədi vermədi. Yalnız vasitəçilik etmək təklifini irəli sürdü”.



M.Əhmədoğluq qeyd edib ki, lazım olarsa İran Pakistanı tək yox, Türkiyə ilə birlikdə dəvət edə bilər:

“Beləliklə “Cümhuri İslam”nin şübhəsi lazımi yerə çata bilər”.



Xəbər 576 dəfə oxunub.




08.07.2025  17:13 

Şəkidə TIR yandı

08.07.2025  17:00 

Prezident onlara rütbələr verdi

08.07.2025  16:51 

Fərid Abuşov işdən çıxarıldı

08.07.2025  11:02 

Milli Məclisin iclası başladı


BÜTÜN XƏBƏRLƏR +