200.000 dollar qazandığı lotereyanı pul kisəsində unudub
DTX və DSX birgə əməliyyat keçirdi - Saxlanılan var
Lerikdə 100 yaşayış məntəqəsi qazsızdır - Başçının müavini
Fransadakı səfirimiz tədbirə niyə çağırılmayıb?
Hansı sahədə olursa olsun... - Prezident
“Malibo” MTK vətəndaşa liftdən istifadəyə icazə vermir
Viktor Hüqo nəyə görə Makronun üzünə tüpürərdi?
Onlar müharibəni cibimizə atıb getdilər - Simonyan
“RabitəBank” keşbək faizlərini aşağı salır
Ukraynanı dəstəkləyən rus həbs edildi


19.01.2025  12:37 

“5 kişi üstümə cumub telefonu əlimdən aldılar“





A+  A-

Ötən gün Rəqqasə Rəna Ağamuradovaya (Renka) şadlıq sarayının administratoru tərəfindən kobudluq edilib.

Xəzərnews.az Axşam.az-a istinadən xəbər verir ki, o, baş vermiş hadisənin təfərrüatlarını danışıb:

"Dünən video paylaşmışdım. Qəşəng şərhlər yazırsınız. Kimisi dəstək olur, kimisi də deyir "əcəb olub". Təsdiqlədiniz ki, bizim xalqımız dəstək olan xalqdır. Orada mən heç nə deməmişəm, sadəcə otaq istəmişəm ki, geyimimi dəyişim. Otaq vermədi və başladı üstümə qışqırmağa. Telefonunu üstümə atmışdı, hətta bunu çəkmişdim. 5 kişi üstümə cumub telefonu əlimdən aldılar. Polisə yığandan sonra hamısı məndən üzr istədilər. O, kişi də hamının içində üzr istədi, sağolsun. Ona görə də paylaşdığım videonu sildim. Məni dəstəkləyənlərə təşəkkür edirəm".

Renka sosial mediada ünvanına mənfi şərh yazanları qınayıb:

"Mən rəqqasəyəm. Uşaqlarıma, özümə çörək pulu qazanıram. İşim budur. Kimsə məni rəqsimlə vurmaq istəyirsə, etsin. Allah görür. Dünən ağladım. Keçirdiyim stres başınıza gəlsin. İnsanı, xüsusən də qadını əzmək olmaz. Əsas dəstəyi qadınlardan gözlədim. Amma əksi oldu. Pis şərhlər yazanların çoxu qadınlar idi. Çox sağolun. İnşallah nə vaxtsa, sizin də başınıza gələr. Kaş dünən keçirdiyim stes, ürəkağrısının bir faizini yaşayardınız. Sizə ayıb olsun. Əgər mən səhv olsaydım paylaşmazdım. Üstəlik telefonunu üstümə atmışdı".



Xəbər 3561 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +