200.000 dollar qazandığı lotereyanı pul kisəsində unudub
DTX və DSX birgə əməliyyat keçirdi - Saxlanılan var
Lerikdə 100 yaşayış məntəqəsi qazsızdır - Başçının müavini
Fransadakı səfirimiz tədbirə niyə çağırılmayıb?
Hansı sahədə olursa olsun... - Prezident
“Malibo” MTK vətəndaşa liftdən istifadəyə icazə vermir
Viktor Hüqo nəyə görə Makronun üzünə tüpürərdi?
Onlar müharibəni cibimizə atıb getdilər - Simonyan
“RabitəBank” keşbək faizlərini aşağı salır
Ukraynanı dəstəkləyən rus həbs edildi


29.04.2025  23:20 

“Həmin məktəb həyat yoldaşımın adını daşıyır”





A+  A-

Əməkdar artist Gülüstan Əliyeva şəhid həyat yoldaşının adını daşıyan məktəbdən danışıb.

XəzərNews.az xəbər verir ki, bu barədə o, “Xəzər axşamı” verilişində açıqlama verib. Sənətçi söyləyib ki, həmin məktəb Beyləqan rayonunda yerləşir:

“Beyləqan rayonu mənim üçün əzizdir. Çünki mənim doğmalarım, oğlumun nənəsi, babası, bibisi oradadır. Beyləqanın Günəşli qəsəbəsində yaşayırlar. O kənddə mənim həyat yoldaşım Zahid Əhmədovun adını daşıyan məktəb var. 1994-cü ilə qədər qaynatamgillə orada birlikdə yaşamışıq. Cəbrayıl rayonu işğal olunduqdan bir qədər sonra mən valideynlərimin yanına getdim. Həmin məktəbdə musiqi müəllimi kimi çalışırdım. Orada Azərbaycan və rus dilindən dərslər deyirdim. Ölkəmiz üçün çox çətin günlər idi. O kənd məktəbi də çətin dönəmləri yaşayan təhsil ocağı idi. Həyat yoldaşım həmin məkəbdə təhsil almışdı. Oraya onun adının verilməsi üçün Bəyləqan rayon Maarif Şöbəsinə və icra hakimiyyətinə müraciət etdim. Sağ olsunlar, bu günə qədər də o təhsil ocağı Zahid Əhmədov adına tam orta məktəbdir”. //Olay.az

Xəbər 1930 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +