Səkiləri sökür, parkinq edirlər - Foto
Sabah Bakıda yağış yağacağı ehtimalı var - Proqnoz
Xamenei müharibədən sonra ilk dəfə göründü - Video
Rusiya 5-7 ildən sonra Estoniyaya hücum edə bilər
Ukrayna daha bir rus təyyarəsini vurdu
Fındıq mafiyası bağları ucuz qiymətlə məhv edir
Arxiv İdarəsinin rəisi istirahətdə olarkən vəfat edib
Gərginliyin səbəbi: Dəhlizə Rusiya yox, ABŞ nəzarət edəcək...
Cəlilabadda baş həkimin yerinə təyinat oldu
Tramp evdə xanımına necə müraciət edir?


04.07.2025  15:11 

Binəqədidə 17 kiloqram marixuana aşkarlanıb – Əməliyyat





A+  A-

DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən narkotiklərin qanunsuz dövriyyəsinə qarşı növbəti əməliyyat Binəqədi rayonunda keçirilib.

XəzərNews.az DİN-ə istinadən xəbər verir ki, əməliyyat zamanı 1994-cü il təvəllüdlü Nəsrəddin Musayev saxlanılıb. Ondan 17 kiloqram tərkibinə zərərli maddələr qarışdırılmış qurudulmuş marixuana aşkarlanaraq götürülüb.

Saxlanılan şəxs ifadəsində narkotik vasitələri istintaqla araşdırılan İran vətəndaşından aldığını və Qaradağ rayonu ərazisindən götürərək müxtəlif ünvanlara çatdırmaqla qazanc əldə etməyi planlaşdırdığını bildirib.

Faktla bağlı cinayət işi başlanılıb. Məhkəmənin qərarı ilə N.Musayev barəsində həbs qətimkan tədbiri seçilib.



Xəbər 281 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +