Xamneyi öldürülərsə, Rusiya “çox mənfi” reaksiya verəcək...
FHN “Bal Badem”in fəaliyyətini dayandırdı
Masallıda VIII sinif şagirdi itkin düşüb
Rəfail Abdullayevin şirkəti sakinləri fəlakətə aparır
“Mahir Ay Brat“ kimi tanınan meyxanaçı həbs edilib
İran İsrailin Beer Şeva bölgəsini darmadağı etdi
İlham Əliyevə “Qarabağın fatehi” dedilər
Kahramanmaraşda “Azərbaycan Məhəlləsi”nin açılışı oldu
Separatçılara Yerevandan bağlamalar gəlir
Ata gizli telefon işlədən qızını öldürdü


18.04.2023  16:39 

8 yaşlı Jalənin köməyə ehtiyacı var





A+  A-

Uşaq serebral iflicindən əziyyət çəkən 8 yaşlı Jalə Məmmədlinin xayirxah insanların köməyinə ehtiyacı var.

“Qızımın 8 yaşı olacaq, serebral iflic xəsstəliyindən əziyyət çəkir. Son zamanlarda vəziyyəti daha da ağırlaşıb, beyin krizisi keçirib. Bunun üçün həkimlər əməliyyat tövsiyyə ediblər. Əməliyyatla onurğaya aparat - Boklafen pompası qoyulmalıdır. Bu implantdır. Qızımın anadangəlmə bu xəstəliyi var, bilirubin sarılığından beyni zədələnib. Əməliyyatın 17 min manat qiyməti var...”, - uşağın anası Vəfa Əhmədova Yenisabah.az-a bildirib.

Vəfa xanım müqəddəs Ramazan ayında xeyirxah insanlara səslənib: “Uca Allah paylaşanları sevir. Sevinc paylaşıldıqca artır, kədər paylaşıldıqca azalır. Bu müqəddəs ayda Jaləmə dəstək olmaqla 8 yaşlı qızcığazın öz aayqları üstdə durmasına dəstək ola bilərsiniz. Əmin olun ki, Allah etdiyiniz yaxşılığın min qat əvəzini verəcək".

Qeyd edək ki, Boklafen pompası əməliyyatı “EGE” hospitalda icra olunur. Əməliyyat üçün ailəyə 17.000 manat pul lazımdır.

Dəstək üçün: 4169738516777988 (Kapital)



Xəbər 2600 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +