Karapetyan bu sərvəti necə qazanıb?
III qrupda keçid balları 3-5 bala qədər artacaq
Nazirlər İranı müzakirə etdilər
Naxçıvanda 2 rayona prokuror təyin olundu
Ölüm olan klinikadakı həkim qanunsuz işləyirmiş
İsrail Xameneinin bunkerinin yerləşdiyi ərazini vurur
Masaya oturmaq gec deyil - Yohan Vadephul
İlham Əliyev sabah Türkiyəyə gedəcək
Bəzi rus hərbi əsirləri dəyişdirilmək istəmir - Nazir müavini
İran kütləvi dron hücumuna başlayıb


18.06.2025  16:10 

DAK bəyanat yaydı - Azərbaycan türkləri buna imkan verməməlidirlər





A+  A-

Yarandığı gündən Quzey və Güney Azərbaycanda yaşayan soydaşlarımızın, müxtəlif ölkələrə səpələnmiş Azərbaycan diasporunun səsi və ən etibarlı dostu, müdafiəçisi olan Dünya Azərbaycanlıları Konqresi dünyada və bölgəmizdə gedən prosesləri diqqətlə izləyir.

Yeni dünya düzəni qurmaq adı altında genişlənən və insanlığı fəlakətə sürükləyən münaqişə və müharibələrin tədricən türk coğrafiyasına sıçraması və bu sıradan İsrail-İran savaşı son dərəcə gözlənilməz nəticələrlə sonuclana bilər.

Əfqanıstan, İraq, Liviya, Suriya kimi dövlətlərdə müxtəlif senarilərlə həyata keçirilən, rejim dəyişikliyinə səbəb olan çevirilişlərin, savaşların yaratdığı acı mənzərə göz qabağındadır və təəssüf ki, əksər hallarda bu dövlətləridə yaşayan xalqların ümidlərini doğrultmamışdır.

Bölgədə gərginlik getdikcə artır. Qəzzada aparığı savaşı durdurmağa dünyanın gücünün çatmadığını görən İsrail ardınca üzünü İrana çevirdi. İranın atomu zənginləşdirmək niyyətinin qarşısını almaq məqsədilə başlanılan hərbi müdaxilə getdikcə iqtisadiyyat və informasiya obyektlərinin vurulmasına qədər genişləndi. Eyni zamanda illərlə öz hərbi gücü ilə dünyaya meydan oxuyan və İsraili yer üzündən silmək kimi sərsəm bəyanatlarla çıxış edən İran da hərbi bazalarına, görkəmli dövlət xadimlərinə, elm və hərbi sənaye mütəxəssislərinə qarşı törədilən terrora cavab olraq İsraili çox vaxt hədəfə çatmayan raket yağışına tutmaqda davam edir.

Biz İranın atom bombası əldə etmək istəyinin təkcə yəhudilərə deyil, həm də bölgənin türk-müsəlman xalqlarına bir təhlükə olacağını yaxşı bilirik.

İrana qarşı başlanan savaşın həm də siyasi məqsəd daşıdığı və İranda rejim dəyişikliyinə qədər davam edəcəyi öncədən də məlum idi.

Astaradan Kəngər körfəzinə qədər uzanan torpaqlar azərbaycanlıların ana vətənidir. İran adlanan ölkə də tarixən bir türk dövləti olub, əhalisinin yarıdan çoxu fars-şiə irticaçı rejiminin insanlığa zidd basqısı altında yaşayan türklərdir.

DAK daim İran türklərinin hüquqları və insan haqları uğrunda mübarizə aparmışdır. Lakin biz bu prosesin bölgəni qan gölünə çevirən savaşlarla deyil, İrandakı xalqların öz iradəsi ilə, dinc və demokratik yolla baş verməsini istəmişik. Onsuz da fars-molla rejimi insanlığın inkişafı ilə uyuşmayan, dini hakimiyyətin alətinə çevirən siyasəti ilə öz sonunu yaxınlaşdırmış və hökmünü vermişdi.

İsrail isə Azərbycan Respublklikası ilə dostluq munasibəti olan bir dövlətdir. Özünü şiə qardaşı sayan terrorçu-işğalçı xristian Ermənistana yardım edən İrandan fərqli olaraq İsrail heç vaxt Azərbaycandan siyasi-diplomatik dəstəyini əsirgəməyib. Həyat döstərir ki, dövlətlərə münasibətləri din faktorunun üstündə qurmaq son dərəcə yanlış və bəsit bir yanaşmadır.

İranın azərbaycanlılara verdiyi siyasi-mənəvi-milli zülmlərə və 35 il düşmənlərimizin yanında dayanmalarına baxmayaraq Azərbaycan Respublikası daim İranla dinc qonşuluq münasibətlərinin qurulmasına və inkişafına çalışmışdır.

DAk olaraq biz Azəbaycan dövlətinin bu mövqeyini dəstəkləyirik. Bölgədə qan tökülməsini istəmirik, lakin yaranmış şəraitdə İran türklərinin və özəlliklə azərbaycanlıların taleyi tarixi təcrübə baxımından Azərbaycan dövlətini dərindən düşündürməlidir.

Ötən əsrdə dörd dəfə yaranmış şəraitdən istifadə edə bilməyən, xəyanətkarlıqla aldadılan Güney Azərbaycan xalqı yaranan bütün imkanlardan istifadə edib öz taleyini özü həll etməlidir. Bu iradə olsa dünyadan ona dəstək verən tapılacaq, iradə və milli hədəf olmasa heç kim azərbaycanlıların əvəzinə çalışmayacaq.

Müharibə oldu-olmadı, bütün imperiyaların sonu parçalanmaqdır. İranda xalqın istəyinə uyğun olmayan, böyük güclərin maraqlarına xidmət edən növbəti bir irticaçı rejimin qurula biləcəyi ehtimalı çox yüksəkdir. Bununla İran deyilən ərazidə yaşayan xalqlar üçün yeni bir fəlakət dövrü başlanar. Azərbaycan türkləri və İranda yaşayan digər xalqlar buna imkan verməməlidirlər.

Güney Azərbaycanı türkləri vəziyyəti düzgün dəyərləndirməli və yarana biləcək imkanlardan maksimim yararlanmağa, tarixi torpaqlarında öz müqəddəratını təyin etmək hüququnu həyata keçirməlidir.

Biz, DAK olaraq, hər zaman Güneyli qardaşlarımızın yanındayıq:

Sabir Rüstəmxanlı – DAK həmsədri
Firudin Pərvizniya – DAK həmsədri, Almaniya
Nurəddin Qərəvi – DAK İdarə Heyəti üzvü, Almaniya
Abuzər Bağırov – DAK İdarə Heyəti üzvü, Moskva
Babək Muğanlı – DAK İdarə Heyəti üzvü, Güney Azərbaycan
Atilla Kaya – DAK İdarə Heyəti üzvü, Türkiyə
Əkrəm Fevzi Tərzioğlu – DAK İdarə Heyəti üzvü, İraq
Adil Minbaşı – DAK İdarə Heyəti üzvü
Zəlimxan Məmmədli – DAK İdarə Heyəti üzvü
Ağrı Qaradağlı – DAK İdarə Heyəti üzvü, Güney Azərbaycan
Esmira Mədətova – DAK İdarə Heyəti üzvü, ABŞ, Nyu-York
Rəhmət Rafət – DAK İdarə Heyəti üzvü, Belçika
Rəhman Abbasov – DAK İdarə Heyəti üzvü, Rusiya
Kənan Ağazadə – DAK İdarə Heyəti üzvü, Rusiya
Nail Əhməd – DAK İdarə Heyəti üzvü, Poşa
Siyavuş Mustafayev – DAK İdarə Heyəti üzvü
Xəzər Emin – DAK İdarə Heyəti üzvü
Əli Ağaevli – Avropa nümayəndəsi
İsa Türkoğlu – Böyük Britaniya
Esmira Əsədova – Kanada
Şəhruz Cəngcu, ABŞ
Tursunay Türksoy – Doğu Türküstan

Xəbər 54 dəfə oxunub.




18.06.2025  15:06 

“Bazarstore” cərimələndi

18.06.2025  12:26 

Bakıda yağış yağacaq

18.06.2025  12:22 

Vəfa Ayseli kasetlə şantaj edir?


BÜTÜN XƏBƏRLƏR +