Zəngəzur dəhlizinin arxasında ABŞ və NATO dayanıb?
Prezident İldırım Vəliyevlə bağlı sərəncam İMZALADI
Şəkidə TIR yandı
İlham Əliyev Trampa başsağlığı verdi
Prezident onlara rütbələr verdi
Fərid Abuşov işdən çıxarıldı
Özgür Özəlin toxunulmazlığı ləğv edilə bilər
İranda ölənlərin sayı 1060 nəfərə çatıb
Basketbol millimiz İslandiyanı məğlub etdi
Mingəçevir İcra Hakimiyyətində FACİƏ


08.07.2025  13:03 

Restoranda siqaret QALMAQALI - Cərimə kimə düşür, siqaret çəkənə, yoxsa obyekt sahibinə?





A+  A-

Paytaxt restoranlarının birində qeydə alınan hadisə ictimai narazılığa səbəb olub.

XəzərNews.az xəbər verir ki, bununla bağlı BAKU.WS-in redaksiyasına müraciət edən vətəndaş bildirib ki, restoranda istirahət edərkən yan masada əyləşmiş şəxs qapalı məkanda siqaret çəkib. Ətrafdakıların, xüsusilə də onun etirazına baxmayaraq, həmin şəxs davranışını davam etdirib və "söndürmürəm, çəkəcəm" cavabı ilə narazılığa qarşılıq verib.

Hadisənin daha da təəssüf doğuran tərəfi isə obyekt rəhbərliyinin buna göz yumması olub. Bəs görəsən bu kimi halla qarşılaşan vətəndaşın hansı hüququ var? Ümumiyyətlə qapalı məkanda siqaret çəkməyin cəzası nədir, hara müraciət edək?

Məsələ ilə əlaqədar DİN-in Mətbuat Xidmətinin baş inspektoru polis leytenantı Elbrus İbrahimov BAKU.WS-ə açıqlamasında bildirib ki, respublikanın şəhər, rayon polis orqanları tərəfindən tütün məmulatlarından istifadə qaydasına riayət olunması ilə bağlı mütəmadi monitorinqlər keçirilir. Aidiyyəti qurumlarla birgə baş tutan tədbirlər zamanı fiziki və hüquqi şəxslər, fərdi sahibkarlar, eləcə də ümumi əhali arasında geniş izahat işləri aparılır.

Onun sözlərinə görə, ictimai yerlərdə, bankomatların önündə, dayanacaqlarda, küçə və prospektlərdə, insanların sıx toplaşdığı ərazilərdə xüsusi ayrılmış yerlər istisna olmaqla siqaret çəkən şəxslər barəsində qanunvericiliyə uyğun olaraq inzibati tənbeh tədbiri tətbiq edilir:

"Müəssisələrdə, idarələrdə, təşkilatlarda, görünən yerlərdə "Tütün çəkmək qadağandır" yazısının və ya işarəsinin olmasının təmin edilməməsi, həmçinin tütün məmulatları tullantılarının ətraf mühitə atılması da inzibati məsuliyyət yaradır. Belə hallara yol verən şəxslər polis əməkdaşları tərəfindən aşkar edildikdə barələrində inzibati protokol tərtib olunur. Tütün məmulatlarından yalnız urnaların yaxınlığında istifadə olunmalıdır ki, bu digər şəxslərin həyat və sağlamlığına zərər verməsin. Vətəndaşlara tövsiyə olunur ki, bu prosesə qoşularaq qanunamüvafiq qaydada tütün məmulatlarından istifadə ilə bağlı normalara əməl etsinlər".

Xəbər 105 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

08.07.2025  17:13 

Şəkidə TIR yandı

08.07.2025  17:00 

Prezident onlara rütbələr verdi

08.07.2025  16:51 

Fərid Abuşov işdən çıxarıldı

08.07.2025  11:02 

Milli Məclisin iclası başladı


BÜTÜN XƏBƏRLƏR +