İlham Əliyevin Ağ Evdə Donald Trampla görüşü başlayıb
Bakıda məktəbli qəfil vəfat etdi
“Sülh razılaşması imzalanacaq” - Ağ Ev
“Qaradağ Şüşə Zavodu”nun borcu niyə artır?
Adil Əliyev 5 nəfəri işdən çıxartdı
“92 bal toplamışam, vakant yer tapa bilmirəm
Putin və Tramp gələn həftə görüşə bilər... - Romada
Daha bir məşhur həkimin tibb təhsili yoxdur - İDDİA
Mərkəzdən Hövsana uzanan ölüm çökəkləri
“Sərxoş olub bizə işgəncə verirdilər” – Azərbaycanlı


02.03.2019  11:09 

Hacı İsmayılov prezidenti teatra dəvət etdi





A+  A-

“50 ilə yaxın işlədiyim Azərbaycan Akademik Milli Dram Teatrı bu illər ərzində böyük uğurlar qazanıb. Uğurlarımız da onda olub ki, biz elə saydığımız yerdə qalmamışıq. Bizim teatrda əvvəllər böyük səhnə və kiçik səhnə olub, indi artıq böyük səhnədən başqa dörd səhnəmiz var”.
XəzərNews.az xəbər verir ki, bunu Xalq artisti, Azərbaycan Teatr Xadimləri İttifaqının sədr müavini Hacı İsmayılov ötən gün prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva ilə görüşü zamanı qeyd edib. O, çıxış edərkən ölkə başçısını Akademik Milli Dram Teatrına dəvət edib:

“Bizim martın 1-də toplaşmağımız çox əlamətdardır. Çünki 2013-cü ildə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev məhz martın 1-də Azərbaycanda 10 mart - Milli Teatr Gününün təsis edilməsi haqqında Sərəncam imzalayıb. Artıq 6 ildir ki, biz bu günü bayram edirik, buna görə Sizə ürəkdən təşəkkür edirik. Bu, milli teatra verilən dəyər və qiymətdir.

Akademik Milli Dram Teatrının böyük bir arzusu var. Əvvəla deyim ki, kollektivimiz Sizi həmişə arzulayır, həmişə istəyir. Çünki bu adət bizə Ulu Öndər tərəfindən miras qalmışdır. O, həmişə teatra gələndə tamaşadan sonra aktyorlarla, rejissorlarla söhbət edirdi. İndi də bu istək var, həmişə də bizim işçilər tərəfindən səslənir. Mən istəyirəm onu bir şəkili Mustafa kimi deyim: Sa qurban olum ay Allah, noolar, elə et bizim möhtərəm Prezidentimiz bir dəfə bizim Akademik Milli Dram Teatrına təşrif gətirsin, biz o günü bayram edək”.

Xəbər 2726 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

08.08.2025  17:25 

Yevlaxda ÜÇ MAŞIN toqquşdu

08.08.2025  16:45 

Bakı-Qazax yolunda təmir gedir

08.08.2025  15:39 

Qardaş bacısını baltaladı

08.08.2025  14:15 

Vardan Arutyunyan saxlanılıb

08.08.2025  12:52 

Novxanı işıqsız qalacaq


BÜTÜN XƏBƏRLƏR +