Dünən Daxili İşlər Nazirliyinin Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsi tərəfindən növbəti əməliyyat tədbiri keçirilib. "fastloto.com" "Kral Kazino" və digər onlayn qumar oyunlarını təşklatçısı Aqil Məmmədzadə və onun başçılıq etdiyi dəstənin digər üzvləri - Orxan Gözəlov, Elmar Gözəlov, Tacir Məmmədzadə, Emil Əmrahlı, həmçinin digər dəstəyə rəhbərlik edən Ülvi Məmmədov saxlanılıblar. Faktla bağlı cinayət işi başlanılıb, ifşa edilən şəxslər barəsində məhkəmə qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Dəstənin xarici ölkələrdə gizlənən üzvlərinin məsuliyyətə cəlb edilmələri istiqamətində tərəfdaş dövlətlərin hüquq-mühafizə orqanları ilə birgə əməliyyat tədbirləri davam etdirilir.
"Azərbaycan Reallığı" əldə etdiyi məlumata görə, onlayn qumar oyunlarının əsas başçılarından biri, hazırda qonşu Gürcüstanda yaşayan Anar Əliyevdir.
Sosial şəbəkələrdə "Anar 007" ləqəbi ilə tanınan şəxsin sosial hesablarına nəzər yetirsək onun rəsmi olaraq heç bir yerdə işləmədiyi məlum olur, amma nədənsə çoxlu bahalı mülklər, avtomabillərə sahibdir.
A.Əliyevin həm də zəngin həyat tərzi yaşaması da buna əyani subutdur. Sosial hesablarında açıq-aşkar qumar təbliğatını edən videolar paylaşır, bununla yanaşı paylaşımlarında cinayətkar aləmə də yaxın olduğunu hiss etdrir.
Bakıda tanınmış "TikTok"er xanımla yaxın münasibətləri olması barədə məlumatlar sosial şəbəkələrdə paylaşılıb. Etik olmadığı üçün xanımın kimliyini açıqlamağı zəruri hesab etmirik, amma bir neçə ay bundan öncə xanım öz hesablarında onlayn qumar oyunlarını reklam etdiyi üçün hüquq-muhafizə orqanlarına dəvət olunaraq inzibati qaydada cərmələnmişdir.
A.Əliyevin hazırda həmin tiktoker xanımla Gürcüstanda istirahət etməsi barədə də məlumatlar gəzir.
İstər ölkədə, istərsə də ölkə hüdudlarından kənarda Azərbaycana qarşı çirkli, məkrli oyunlar aparanlar və onların əlaltıları bir gün mütləq şəkildə öz cəzaların alacaqlar. Hüquq-muhafizə orqanları da bu istiqamətdə xeyli işlər görməkdədir.
Qarşı tərəfində mövqeyini dərc etməyə hazırıq.
Xəbər 503 dəfə oxunub.