Pensiya düzəltmək istədi... - Dələduzluğun qurbanı oldu
Rusiyanın fövqəladə hallar naziri Bakıya gəlib
Erməni səfir Rusiya XİN-ə çağırıldı
Pezeşkianı öldürmək istədilər
Rus nazir Bakıya uçdu - Putinin şəxsi məktubunu çatdıracaq
Vərəsəliklə bağlı yeni qaydalar - Prezident təsdiqlədi
Vətən müharibəsi iştirakçısı həkim səhlənkarlığından öldü
Ərdoğan Özgür Özələ 500 min lirə təzminat davası açıb
Azərbaycanlı tələbə Almaniyada ölü tapıldı
Prezident onu rektor təyin etdi


07.07.2025  12:32 

Zatulin münasibətlərin gərginləşəcəyi anonsunu verdi





A+  A-

Rusiya və Azərbaycan arasındakı gərgin münasibətin gələcək inkişafı tərəflərin danışıqlar aparmasından asılı olacaq.

XəzərNews.az xəbər verir ki, bu barədə “Lenta.ru”ya müsahibəsində Rusiya Dövlət Dumasının deputatı Konstantin Zatulin bildirib.

O, həmçinin vəziyyətin daha da kəskinləşəcəyini deyib.

“Azərbaycanın rusiyalıların saxlanılması və həbsi ilə bağlı atdığı addımlara gəlincə, düşünürəm ki, hadisələrin inkişafı tərəflərin niyyətlərindən asılı olacaq. Amma Bakının hazırkı addımları Rusiya vətəndaşları üçün istər turizm, istərsə də digər məqsədlər baxımından Azərbaycanda olmaqları üçün təhlükəlidir”, - deyə Zatulin qeyd edib.

Siyasətçinin fikrincə, Azərbaycanla münaqişənin ya kəskinləşməsi, ya da dondurulması diplomatların səylərindən asılı olacaq. O, həmçinin vəziyyətin istənilən istiqamətdə inkişaf edə biləcəyini istisna etməyib.

“Biz hər halda bu vəziyyətdən nəticə çıxarmalıyıq. Əgər Bakı günahsız Rusiya vətəndaşlarını həbs etməkdən əl çəkməsə, vətəndaşlarımıza Azərbaycana səfərdən çəkinməyi tövsiyə etməkdən başqa yol qalmayacaq”, - deyə K.Zatulin bildirib.

Xatırladaq ki, bundan əvvəl Rusiyanın insan hüquqları üzrə müvəkkili Tatyana Moskalkova Azərbaycanda saxlanılan Rusiya vətəndaşları ilə bağlı müraciətini Azərbaycanın ombudsmanı Səbinə Əliyevaya ünvanlamışdı. Rusiya ombudsmanı isə qeyd edib ki, saxlanılan Rusiya vətəndaşlarına qarşı həddindən artıq fiziki güc tətbiq olunub.


Xəbər 159 dəfə oxunub.




07.07.2025  14:34 

Prezident onu rektor təyin etdi

07.07.2025  13:03 

Rusiya Zaporojjyanı vurdu


BÜTÜN XƏBƏRLƏR +