Bakının mərkəzində təhlükə...-VİDEO
Qobustanda yollar buz bağladı: Zəncirvari qəza
Şəhid Mehti Şıxəliyevin atası vəfat etdi
Tahir İmanov başçını parodiya etdi - VİDEO
Müdafiə Nazirliyi məlumat yaydı - Video
Fabrikdə güclü yanğın...
Sürücülərə xəbərdarlıq: Bu yollar...
İran XİN-i bu ölkələrə səfər edəcək
Moskvada hava limanlarında müvəqqəti fasilə yaranıb
Kamran Əsədov məhkəmdə günahkar olduğunu etiraf edib


13.12.2025  20:00 

“Avant Park” sakinləri: Problemlər bitmir, ƏDV mübahisəsi dərinləşir





A+  A-

Bu gün Bakı şəhəri, Yasamal rayonu, A.Şərifzadə küçəsi 241 ünvanında yerləşən “Avant Park” yaşayış kompleksinin sakinləri növbəti dəfə toplaşaraq binanın idarəçiliyini həyata keçirən “Avant FMC” MMC-yə etirazlarını bildiriblər.

Sakinlərin sözlərinə görə, yaşayış kompleksində bir sıra ciddi problemlər hələ də həllini tapmayıb. Etiraz zamanı tez-tez elektrik kəsintilərinin baş verdiyi, drenaj sisteminin normal işləmədiyi, yağışlı havalarda həyətyanı sahəni su basdığı, liftlərdən su axdığı, ümumi həyətin işıqlandırılmadığı, bloklardakı liftlərin hamısının işlək vəziyyətdə saxlanılmadığı vurğulanıb. Bundan əlavə, sakinlər xidmət haqqı tariflərinə yenidən baxılmasını, həyətdə və girişlərdə videonəzarət sisteminin quraşdırılmasını, abadlıq işlərinin tamamlanmasını, payçı və xidməti müqavilələrdə nəzərdə tutulan öhdəliklərin tam yerinə yetirilməsini, binanın istismarı ilə bağlı FHN təsdiqinin gecikməsini və mülkiyyət hüququnu təsdiq edən çıxarışların hələ də verilməməsini əsas problemlər sırasında qeyd ediblər.



Sakinlər qeyd edib ki, payçı müqaviləsində nəzərdə tutulan şərtlər tam yerinə yetirilmədən mənzillər sakinlərə təhvil verilib. Müqaviləyə əsasən, iki il ərzində hazır olması nəzərdə tutulan yaşayış kompleksi üçün ödəniş edilib, lakin artıq dördüncü ilə keçməsinə baxmayaraq, kompleks hələ də tam hazır vəziyyətə gətirilməyib. Nəzərə almaq lazımdır ki, mənzil qiymətləri adətən tikintinin başa çatma müddətinə uyğun olaraq formalaşdırılır.

İddia olunur ki, şirkət ciddi qanun pozuntusuna yol verərək, kompleks istismara tam hazır olmadan mənzilləri təhvil verib. Bununla yanaşı, hələ də qeyri-münasib və natamam şəraitdə yaşayan sakinlərdən kommunal ödənişlər tələb edir. Üstəlik, bu ödənişlər edilmədiyi təqdirdə elektrik və su təchizatının dayandırılacağı ilə bağlı hədələmələr vəziyyəti daha da ağırlaşdırır.

FMC ilə sakinlər arasında ünsiyyətin zəifliyi də narazılıq doğuran məsələlərdəndir.
“Avant FMC” MMC-nin ofisinin qapıları sakinlərin üzünə bağlansa da, Eyvaz Fərəcov adlı əməkdaş onlara yaxınlaşaraq bəzi sualları cavablandırıb. O bildirib ki, kompleks yeni olduğu üçün müəyyən texniki problemlər mövcuddur və onların aradan qaldırılması istiqamətində işlər aparılır. Eyvaz Fərəcov tez-tez elektrik kəsintiləri və blokların təmizliyi ilə bağlı iddialarla razılaşmadığını deyib, liftlərlə bağlı problemlərin, eləcə də həyətdə və girişlərdə videonəzarət sisteminin yaxın zamanda həll ediləcəyini qeyd edib.
Xatırladaq ki, sakinlərin əsas problemlərindən biri də “Avant Qrup” MTK-dan aldıqları mənzillərə görə ödədikləri ƏDV-nin 30 faizini hələ də geri ala bilməmələridir. Onlar iddia edir ki, mənzil alışı zamanı bütün ödənişlər MTK-nın göstərişi ilə yalnız bir bank hesabına yönləndirilib, sakinlərə ƏDV üçün ayrıca depozit hesabının mövcudluğu və ya bu hesabdan istifadə qaydası barədə heç bir məlumat verilməyib, əksinə, belə bir hesabı açmağa faktiki olaraq imkan yaradılmayıb. Nəticədə mənzilin dəyəri ilə ƏDV məbləği birlikdə MTK-nın adi bank hesabına köçürülüb.

Bu səbəbdən Dövlət Vergi Xidməti də müraciətlərə cavab olaraq ödənişlərin qanunvericilikdə nəzərdə tutulmuş təyinat üzrə aparılmadığını əsas gətirir və sakinlərə çatmalı olan 30 faiz ƏDV-nin geri qaytarılmasından imtina edir. Vergi orqanının məktublarında açıq şəkildə göstərilir ki, ödənişlər ƏDV depozit hesabına deyil, satıcının cari hesabına daxil olub.

Hüquqi baxımdan isə sakinlər hesab edirlər ki, bu vəziyyətdə məsuliyyət birbaşa “Avant Qrup” MTK-nın üzərində qalır. Çünki mənzil alqı-satqısı prosesində ödəniş mexanizmini, bank hesablarını və ödənişin hansı qaydada aparılacağını müəyyən edən tərəf alıcı yox, məhz satıcı - yəni MTK olub. Sakinlər ƏDV daxil ümumi məbləği MTK-nın təqdim etdiyi hesab nömrəsinə köçürüblər və ödənişin bölünməsi və ya depozit hesabına yönləndirilməsi imkanına malik olmayıblar.

Mütəxəssislər qeyd edirlər ki, qanunvericiliyə əsasən alıcıdan alınmış ƏDV-nin düzgün uçotu, vaxtında bəyan edilməsi və ƏDV depozit hesabına yönləndirilməsi satıcının - yəni vergi ödəyicisi olan MTK-nın öhdəliyidir. Bu öhdəliyin yerinə yetirilməməsi nəticəsində yaranmış maliyyə zərərinin alıcıların üzərinə qoyulması hüquqi baxımdan əsaslı hesab edilmir.

Hüquqşünasların fikrincə, yaranmış problemin həlli üçün MTK ilə Dövlət Vergi Xidməti arasında texniki və hüquqi uyğunlaşma aparılmalı, ödənilmiş ƏDV məbləği sistemdə düzgün rəsmiləşdirilməlidir. Əgər bu mümkün deyilsə, artıq dövlət büdcəsinə daxil olmuş və geri qaytarılması texniki baxımdan mümkünsüz olan ƏDV-nin 30 faizi birbaşa “Avant Qrup” MTK tərəfindən sakinlərə ödənilməlidir.

Sakinlər bildirirlər ki, problem həllini tapmayacağı təqdirdə etiraz aksiyalarını davam etdirəcək, eyni zamanda aidiyyəti dövlət qurumlarına müraciətlərini genişləndirəcəklər.
“Pozan Media” olaraq mövzunu izləməyə davam edəcəyik.


Xəbər 362 dəfə oxunub.





Bölməyə aid digər xəbərlər

14.12.2025  14:56 

Fabrikdə güclü yanğın...

14.12.2025  01:54 

Qazaxda yol qəzası: Yaralılar var

14.12.2025  01:47 

Rusiyada hava limanları bağlandı

14.12.2025  01:23 

Mehdiyev iki nazirdən çəkinirdi

14.12.2025  00:53 

“Rekord.az” 15 YAŞINDA

14.12.2025  00:35 

Biləsuvarda ağır yol qəzası

14.12.2025  00:33 

Elbəyi Kərimli vəfat etdi

14.12.2025  00:23 

Aİ-dan Rusiya ilə bağlı qərar

13.12.2025  18:52 

Rusiyada təyyarə qəzaya uğrayıb

13.12.2025  11:38 

Rusiyaya PUA hücumu ölənlər var


BÜTÜN XƏBƏRLƏR +