Bu ölkədə gəmi batdı, xarici vətəndaş öldü
DİN Astarada əməliyyat keçirib
Əliyev-Putin görüşü ilə bağlı... - ŞƏRH
Düşənbədə Putinlə Əliyev arasında görüş başa çatıb
Ronaldonun sərvəti 1 milyard dolları ötüb
Təyyarə qəzası ilə bağlı məmurların hərəkətlərini araşdırırıq - Putin
İlham Əliyev: Bu işi şəxsi nəzarətinizdə saxladığınız üçün...
İsrailin saxladığı türkiyəli deputatlar Azərbaycana gətirilir
Putin: Rusiya AZAL-ın təyyarə qəzasına görə təzminat ödəyəcək
Putin: Raketlər AZAL təyyarəsinin bir neçə metrliyində partlayıb


09.10.2025  17:02 

Əliyev-Putin görüşü ilə bağlı... - ŞƏRH





A+  A-

Rusiya Prezidenti Vladimir Putin Azərbaycan Prezidenti İlham Əliyevlə Düşənbədəki görüşündə AZAL təyyarəsinin vurulmasına görə məsuliyyəti yenə Ukraynanın üzərinə qoymağa çalışıb. Onun sözlərindən çıxan nəticə budur ki, Çeçenistan səmasında Ukrayna dronları olmasaydı, Rusiya hərbçiləri Azərbaycanın mülki təyyarəsinə atəş açmayacaqdılar.

XəzərNews.az xəbər verir ki, bu barədə açıqlama ilı politoloq Elxan Şahinoğlu çıxış edib.

E.Şahinoğlu bildirib ki, Putin təyyarənin raketlə vurulması faktını da qəbul etmir:

“Onun sözlərinə görə, təyyarəyə raketin qəlpələri dəyib. Kreml sahibi eyni zamanda Rusiyanın istintaqa bütün lazımi dəstəyi verdiyini və bu faciənin hərtərəfli araşdırılmasına açıq olduğunu bildirib. Putin araşdırılmanın yekunlaşmadığına işarə edirsə, raketin təyyarəyə dəymədiyini niyə iddia edir?

Hər halda Azərbaycan Prezidentinə müraciətində “hadisənin Rusiyanın hava məkanında baş verməsinə görə Sizdən üzr istəyirəm. Həlak olanların ailələrinə ən səmimi başsağlığımı çatdırıram” deyən Putin Rusiyanın AZAL təyyarəsinin qəzaya uğraması ilə bağlı bütün məmurların hərəkətlərinə hüquqi qiymət verəcəyini və ölkəsinin bu faciəli hadisə ilə əlaqədar zərərçəkənlərə kompensasiya ödəcəyini də vurğulayıb. Bu isə Azərbaycanın mülki təyyarəsinin vurulmasına və insanlarımızın həlak olmasına görə Rusiyanın məsuliyyət daşıdığının etirafıdır. Putin hadisədən 10 ay sonra söylədiklərini faciənin ilk günlərində desəydi, münasibətlər gərginləşməzdi. Münasibətlərin normallaşması Putinin təyyarənin vurulmasına görə rusiyalı məmurların hüquqi qiymət verəcəyi və kompensasiyaların ödəniləcəyi vədinin necə yerinə yetiriləcəyindən asılı olacaq. Ümid edək ki, Putin məmurlarına Rusiyada azərbaycanlıların incidilməsi, bəzi hallarda zorakılığa məruz qalması hallarına son qoyulmasını da tapşıracaq. Bütün hallarda münasibətlərdəki gərginlik hər iki ölkənin maraqlarına cavab vermir”.

Xəbər 455 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

09.10.2025  18:32 

DİN Astarada əməliyyat keçirib

09.10.2025  11:56 

Xanım müavin işdən çıxarıldı


BÜTÜN XƏBƏRLƏR +