Deputat oğlu Azərbaycanda “Espressolab” açıb
Polis bu rayonda əməliyyat keçirdi - Saxlanılanlar var
İlqar Mustafayevin böyük “əmlak imperiyası” - Siyahı
Dövlət qurumlarının qaynar xətlərini “isti vurub”? - Video
Minaya düşən hərbçi ilə bağlı məlumat... - Rəsmi
Aida Tağızadə vəfat etdi
Təhsil nazirinin müavini vəzifəsindən azad edilib
Avtomobil nömrələrini gizlədənlərə xəbərdarlıq
Ağalarovlar ailəsinə qarşı cinayət işi başlana bilər
“Azərterminalkompleks“ Birliyində ixtisarlar başlayır


02.08.2025  17:45 

Rəis kəşfiyyatçıya diz çökdürüb - VİDEO





A+  A-

Naxçıvandan avtobusla İran ərazisindən keçməklə Azərbaycana gələn sərnişinlərin Biləsuvar Gömrük Keçid Məntəqəsində təzyiqlərə mərzu qaldırları iddia olunur.

XəzərNews.az Pozan TV-yə istinadən xəbər verir ki, sosial şəbəkələrdə yayılan məlumatlara görə, gömrük əməkdaşları sərnişinlərlə kobud rəftar edir, onların gətirdiyi malları əsassız yerə müsadirə edirlər.

Biləsüvar Gömrüyündən video paylaşan və müharibə vaxtı kəşfiyyatçı olduğunu iddia edən Qartal Mehraci iddia edir ki, Beyləqanda, Füzulidə, Ağcabədidə düşmən ona diz çökdürə bilməsə də, Biləsuvar Gömrük İdarəsinin əməkdaşları bunu bacarıb:

“Haqq-ədalət yoxdur. Kim tanış tapır, rahat keçir, kasıb vətəndaşa isə qan uddururlar. Bu gün ailəm evdə kartof-soğan yeyə bilmir, amma gömrük işçilərinin soyuducuları doludur”.

Şikayətçi Biləsuvar Gömrük İdarəsinin növbə rəisi, baş leytenant İlkin Qafarov və digər vəzifəli şəxslərin vətəndaşlara qarşı qanunsuzluq etdiyini iddia edib.

O, Prezident İlham Əliyevə müraciət edərək məsələnin dövlət səviyyəsində həll olunmasını xahiş edib:

“Cənab Prezident, siz çıxışlarınızda deyirsiniz ki, məmurlar xalqı incitmədən xidmət etməlidirlər. Lakin burada xalq deyil, məmur hökmranlıq edir”.

Qeyd edək ki, Dövlət Gömrük Komitəsindən və Biləsuvar Gömrük İdarəsindən məsələ ilə bağlı hər hansı rəsmi açıqlama verilməyib.





Xəbər 449 dəfə oxunub.





Bölməyə aid digər xəbərlər

06.08.2025  11:21 

Aida Tağızadə vəfat etdi

05.08.2025  16:33 

Yeni cərimələr təsdiqləndi


BÜTÜN XƏBƏRLƏR +