Deputat oğlu Azərbaycanda “Espressolab” açıb
Polis bu rayonda əməliyyat keçirdi - Saxlanılanlar var
İlqar Mustafayevin böyük “əmlak imperiyası” - Siyahı
Dövlət qurumlarının qaynar xətlərini “isti vurub”? - Video
Minaya düşən hərbçi ilə bağlı məlumat... - Rəsmi
Aida Tağızadə vəfat etdi
Təhsil nazirinin müavini vəzifəsindən azad edilib
Avtomobil nömrələrini gizlədənlərə xəbərdarlıq
Ağalarovlar ailəsinə qarşı cinayət işi başlana bilər
“Azərterminalkompleks“ Birliyində ixtisarlar başlayır


30.07.2025  11:14 

“Azəriqaz”da ya rüşvətxor, ya da yaltaq olmalısan... – İctimai fəal od püskürdü





A+  A-

“İllərlə mənə qarşı edilən haqsızlıqlar, tutduğum vəzifədən irəli getməyimə imkan verilməməsi, üstəlik, vaxtilə rüşvət aldıqlarını sübut edərək vəzifədən azad etdirdiyim şəxslərin yenidən vəzifəyə gətirilib himayə olunması məni mənəvi baxımdan çox yordu. 15 ilin sonunda “struktur dəyişikliyi” bəhanəsi ilə vəzifəm, dərəcəm və əməkhaqqım azaldıldı. Onlar yaxşı bilirdilər ki, bu qədər əziyyətdən sonra bu hörmətsizliyə dözməyəcəyəm və işdən çıxacağam. Çünki məni yalnız bu yolla uzaqlaşdırmaq mümkün idi”.

XəzərNews.az xəbər verir ki, bu barədə açıqlama ilə ictimai fəal, QHT rəhbəri Ramil Əliyev çıxış edib.

R.Əliyev bildirib ki, vaxtilə rüşvətə görə vəzifədən uzaqlaşdırdığı şəxslərin rəhbərliyi altında işləməyəcək:

“Mənim kimi ictimai fəal və sözünü deyə bilən bir şəxsə bu cür haqsızlıqlar edilirsə, təsəvvür edin ki, hüquqlarını bilməyən əməkdaşlara nələr olunur.

15 il vicdanla və nöqsansız işlədiyim bir işdə bir addım belə irəliləyə bilməməyim göstərir ki, SOCAR “Azəriqaz” İstehsalat Birliyində vəzifədə irəliləmək üçün ya rüşvətxor, ya yaltaq olmalısan, ya da yüksək vəzifədə qohumun olmalıdır. Burada nə sənin işinə, nə peşəkarlığına, nə də dövlətə bağlılığına əhəmiyyət verən var”.

R.Əliyev qeyd edib ki, “Azəriqaz” İstehsalat Birliyində keçmiş Baş direktor Ruslan Əliyevin qurduğu özbaşınalıq sistemi, yeni direktor Azər Məmmədov tərəfindən də davam etdirilir:

“Bütün peşəkar işçilər uzaqlaşdırılır, məqsəd isə tutulan vəzifələrdən maksimum şəxsi mənfəət əldə etməkdir.

İndi mənə bir sual maraqlıdır: Bu qədər fəaliyyətimizə rəğmən, mən və mənim kimi haqsız yerə işdən çıxarılan əməkdaşların hüquqlarını kim müdafiə edəcək? Bu rüşvət sisteminin çarxının dayanması üçün biz nə qədər mübarizə aparmalıyıq? Hara müraciət etməliyik və necə nəticə ala bilərik?”

İctimai fəal “Azəriqaz” İstehsalat Birliyi haqqında bildiyi və zaman-zaman yazdığı heç bir məlumat gizli qalmayacaq:

“Mütləq bir gün səsimi aidiyyəti qurumlar eşidəcək və bu rüşvətxorlar haqqında ölkə rəhbəri, cənab Prezident İlham Əliyev lazımi tədbirləri görəcək. O zaman anlayacaqlar ki, bu ölkə sahibsiz deyil və “Azəriqaz” İstehsalat Birliyi heç kimin şəxsi mülkü deyil ki, istədiyi adamı işdən çıxarıb yerinə qohumunu gətirsin”.


Xəbər 847 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

06.08.2025  11:21 

Aida Tağızadə vəfat etdi

05.08.2025  16:33 

Yeni cərimələr təsdiqləndi


BÜTÜN XƏBƏRLƏR +