Prezident Tiranaya işgüzar səfərə gedib
“İbrahim sazişləri”nə qoşulması Azərbaycana nə verə bilər?
Mehriban Ələkbərzadəyə 24 saat vaxt verildi - QALMAQAL
Şahbaz Şərif İlham Əliyevə zəng edib
Ağsaqqallar Şurası kimi saxta quruma nə ehtiyac var?
Putin İstanbula niyə getmədi? - Tramp açıqladı
Sayımız açıqlandı: Kim harada yaşayır?
Sabirabadda 16 yaşlı qızı 33 yaşlı oğlana ərə verilir?
Azərbaycanda yeni yubiley medalı təsis edilib
İran nüvə silahına malik ola bilməz - Tramp


14.05.2025  16:31 

Deputata məxsus olduğu deyilən şirkət 4,8 milyonluq tenderi uddu





A+  A-

Deputat Tahir Mirkişiliyə məxsus olduğu bildirilən "Ultra Technologies" şirkəti daha bir tenderin qalibi seçilib.

XəzərNews.az xəbər verir ki, qaynarinfo-nun məlumatına görə, tender İnnovasiya və Təchizat Mərkəzi tərəfindən keçirilib.

Mərkəz şirkətdən HPE, "Cisco" markalı server və şəbəkə avadanlıqlarının mövcud lisenziyalarının və zəmanət müddətlərinin, həmçinin "VmWare" və "Veeam Backup" lisenziyalarının müddətlərinin uzadılması xidmətini satın almaq istəyir.

Şirkətin qiymət təklifi 4 810 523,7 manat olub. Bununla da "Ultra Technologies" şirkəti cari ildə qalib gəldiyi tenderlərin sayını 5-ə çatdırıb.

Şirkət bundan əvvəl Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Ədəbiyyat İnstitunun, Maliyyə Nazirliyinin və Azərbaycan İdman Akademiyasının keçirdiyi tenderlərin qalibi seçilib. Bu tenderlər üzrə satınalma müqavilələrinin toplam maliyyə dəyəri 602 309,26 manatdır.

"Ultra Technologies" MMC 11 aprel 2000-ci ildə qeydiyyata alınıb. Həmin vaxt şirkətin adı "Ultra Comnputers" olub. Şirkət 2016-cı ilə qədər bu adla fəaliyyət göstərib.

1000 manat nizamnamə kapitalı olan "Ultra Technologies" şirkətinin hüquqi ünvanı Sumqayıt şəhəri, 1-ci mikrorayon, ev 45V, mənzil 48-də yerləşir. MMC-nin qanuni təmsilçisi Zülfüqarlı Məhəmməd Zülfüqar oğludur.

Məhəmməd Zülfüqarlı həm də MSM MMC-nin qanuni təmsilçisidir. Bu şirkət 2 may 2005-ci ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 1000 manatdır. Şirkətin hüquqi ünvanı Səbail rayonu, Üzeyir Hacıbəyov küçəsi, ev 38, mənzil 25-də yerləşir. Şirkət vergi sistemində passiv vergi ödəyicisi kimi qiymətdədir. Məhəmməd Zülfüqarlı haqqında açıq mənbələrdə heç bir məlumata rast gəlinmir.

"Ultra Technologies" MMC-nin Tahir Mirkişiliyə məxsus olması barədə iddialara gəlincə, deputat 2000-2011-ci illərdə şirkətdə mühəndis, daha sonra direktor vəzifələrində işləyib. Bu fakt şirkətin ona məxsus olması barədə iddialara səbəb olub. Maraqlıdır ki, deputat indiyədək bu iddiaları təkzib etməyib.

Tahir Mirkişili 2015-ci ildən deputatdır. O, parlamentdə 43 saylı Sumqayıt II seçki dairəsini təmsil edir.

Xəbər 565 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

15.05.2025  11:12 

Axşam Bakıda leysan olacaq

15.05.2025  10:12 

Şahdağa qar yağıb

14.05.2025  17:33 

Ankara UNESCO Siyahısında

14.05.2025  16:52 

Gənclərə mühüm platforma


BÜTÜN XƏBƏRLƏR +