09.05.2025 14:52
20 ildir İran Ermənistanda heç bir layihə reallaşdırmayıb - Politoloq
“Şimal-Cənub avtomobil yolu Ermənistanın Gürcüstan və İranla sərhədini birləşdirməli idi. Bu ideya ortaqlığa qoyulanda İran çox sevindi, hətta özünün tikəcəyini vəd verdi. O zaman bu layihə təxminən 500 milyard dollar dəyərində qiymətləndirildi. Əlbəttə, İran tikə bilmədi. Ermənistan o layihəni korrupsiyaya məruz qoydu, Çinin hesabına Asiya İnkişaf Bankından 1 milyard dollarlıq kredit götürüldü. Yol hələ də tikilməyib”.
Bu barədə açıqlamanı XəzərNews.az -a politoloq Mübariz Əhmədoğlu verib.
M.Əhmədoğlu bildirib ki, Şimal-Cənub dəmir yolunda bir az da irəli getdilər:
“Bu yolu tikməkdən ötrü Dubayda qeydiyyatdan keçmiş “Rasia FZE” adlı kompaniya yaratdılar. Nəhayət, siyasi və maliyyə şərtləri kompleksinə görə Ermənistan bu yolu tikə bilmədi. Əsas şərt maliyyənin tapılmaması idi. İran əvvəlcədən maliyyə verəcəyini vəd etsə də, sonradan verə bilmədi. Yalnız öz ərazisindəki yolun 60 km-lik hissəsini tikəcəyini vəd verdi”.
Politoloq qeyd edib ki, bənzər fikirləri III yüksək gərginlik elektrik xətti barədə qeyd etmək də olar:
“Aİ-nin layihəsi idi, Ermənistan layihənin tikliməsini İran şirkətinə tapşırdığına görə Aİ 108 milyon avro vəsait ayırmaqdan imtina etdi. İran bu vəsaiti özünün “Sanir” şirkətinin qoyacağını bildirdi. 20 ildən yuxarı vaxt keçməsinə baxmayaraq, bu layihə tikilməyib. İrili-xırdalı bu kimi 10-na yaxın layihə sadalamaq mümkündür”.
M.Əhmədoğlu qeyd edib ki, İran prezidentinin Azərbaycana səfərindən sonra İranın Ermənistandakı qrupu yenidən Ermənistanla “Sünik Cənubi Qafqazın iqtisadi xabı” adlı layihəni müzakirə etməyə başlayıblar:
“Sadəcə iki xəstə qrup sanki həm özlərini, həm də bir-birini aldatmaqdan ləzzət alırlar. Nəzərə alınmalıdır ki, İranın həmişə tarixində belə metodlarla öz dövlətçiliyinə qarşı mübarizə aparan qruplar olub. İndi də İranın daxilində belə qruplar aktivdir”.
Xəbər 552 dəfə oxunub.
Bölməyə aid digər xəbərlər
|