Novxanı işıqsız qalacaq
İsrail Netanyahunun Qəzza planını təsdiq etdi
Ali Radanın deputatı Zelenskini tənqid edib
Sabah Bakıda temperatur bir az da enəcək
Bu gün doğulan uşaq metrodan pulsuz istifadə edəcək
“Mənə toxunanları Allaha tapşırıram” - Cahangir Əsgərov DANIŞDI
“28 May”dan “Dərnəgül”ə qatar getməyəcək
Aİ liderləri Putinlə görüşməlidirlər - Təklif
Rostov PUA-ların hücumuna məruz qalıb
Xoşbəxt olmaqdan ötrü adama daha nə lazımdır ki?


08.08.2025  10:11 

Jurnalistikaya qəbul üzrə qabiliyyət imtahanının nəticələri açıqlanıb





A+  A-

Jurnalistika ixtisasına qəbul olmaq istəyən abituriyentlər üçün keçirilmiş qabiliyyət imtahanının nəticələri açıqlanıb.

XəzərNews.az xəbər verir ki, bu barədə Dövlət İmtahan Mərkəzi (DİM) məlumat yayıb.

Bildirilib ki, abituriyentlər DİM-in saytında imtahan nəticələri ilə tanış ola bilərlər. İmtahanda iştirak etmək hüququ qazanmış 1 071 abituriyentdən 253 nəfəri imtahana gəlməyib. İmtahanda iştirak edən abituriyentlərdən 745 nəfər "məqbul" qiymət alıb.

Məqbul qiymət alan abituriyentlər ixtisas seçimi zamanı öz elektron ərizələrində digər ixtisaslarla yanaşı jurnalistika ixtisasını da seçə bilərlər. İxtisas seçimi avqustun 11-dən 19-dək aparılacaq.

İmtahan nəticələri ilə bağlı Apellyasiya Komissiyasına müraciət etmək istəyənlər 8 avqust saat 14:00-dan 10 avqust saat 17:00-dək DİM-in saytında yerləşdiriləcək elektron ərizəni doldurmaqla qeydiyyatdan keçə bilərlər. Göstərilən müddət ərzində qeydiyyatdan keçməyənlər sonradan apellyasiya üçün müraciət edə bilməyəcəklər.

Apellyasiya prosesi aşağıdakı ardıcıllıqla aparılır:

- Apellyasiya Komissiyası tərəfindən haqqında müraciət olunan bütün işlər araşdırılır;

- İmtahan iştirakçılarının müraciətləri üzrə müvafiq ekspert rəyi (yazılı şəkildə) apellyasiya ərizələrinə əlavə edilir;

- İmtahan iştirakçılarının apellyasiya ərizələrində qeyd etdikləri telefon nömrəsinə apellyasiya prosesinin başa çatması ilə bağlı SMS göndərilir.

Bundan sonra abituriyentlər apelyasiya.dim.gov.az saytında ərizələrinə daxil olaraq apellyasiyanın nəticəsi ilə tanış ola və ekspert rəyini oradan çap edə bilərlər.



Xəbər 37 dəfə oxunub.




08.08.2025  12:52 

Novxanı işıqsız qalacaq

08.08.2025  10:25 

Avtobus piyadanı vurub öldürdü

08.08.2025  10:04 

Astarada ev yanıb

08.08.2025  09:39 

Bakı metrosunda körpə doğuldu


BÜTÜN XƏBƏRLƏR +